Höccətülislam Nəzəri “hacı Əlikramın əzizləmə mərasimi”ndə irəli sürmüşdür
Posted on : iran 10/16/2017 1:00:24 PM
vahabi şəbəkəsi Azərbaycan respublikasında şiələrlə müqayisədə daha actual fəaliyyət göstərir/ Azərbaycan respublikasının islamçıları həbsdən və işkəncədən qorxmurlar
Tashaio.com - Bir din alimi demişdir: görəsən niyə nüfusunun
çoxluğunu şiə təşkil edən ölkədə vahabilərin fəaliyyəti şiələrdən çoxdur? Höccətülislam
Müctəba Nəzəri Təbrizin Hünər Hüseyniyyəsində inqilabçı əhalinin iştirakı ilə
hacı Əlikramın yubileyi üçün təşkil edilmiş xüsusi bir proqramda Qafqaz və Azərbaycan
respublikasını islam dünyasının bir hissəsi adlandıraraq demişdir: regional və
qlobal siyasi cərəyanları bir nöqtə kimi deyil, bir şəbəkə kimi nəzərdə
tutmalıyıq. Qərbin liberal-demokratik cərəyanlarının düşüncə otağında bu
ideologiyanın dünyaya istilasının irəli sürüldüyü kimi islam təlimlərində də
xalis Məhəmməd islamı nəhayıt dünyanı cənginə alacağı mövzusu da irəli sürülməlidir.
O, Qərbin müsəlmanları məğlub etmək üçün islama qarşı islam planından istifadə
etdiyini bəyan edərək bildirmişdir: bunun qabarıq nümunəsi Suriya və İraqda baş
verməkdə olan hadisələrdir. Təəssüf ki, Azərbaycan respublikasında da həmin
problemlə qarşılaşırıq. Hövzə və universitet ustadı xatırlatmışdır: bir tərəfdən
bu ölkənin qeyri-din ziyalıları şübhə yaratmaqla əhalinin din kimliyini silməyə
çalışır, digər tərəfdən isə vahabi şəbəkələri yaranmış şəraitdən istifadə edərək
təşkilatlandırma və sünnilərdən qüvvə cəlb etmək təşəbbüsündədir. Belə bir vəziyyət
yaranmışdır ki, şiələrin çoxluq təşkil etməsinə baxmayaraq vahabilərlə müqatisədə
gözədəyər fəaliyyəti yoxdur. O, Azərbaycan respublikasının əhalisinin kimlik
böhranı ilə rastlaşdığını bildirərək izah etmişdir: İranla Azərbaycan
respublikası arasındakı müştərək cəhətlər həmin ölkənin rəsmilərinin dediyinə əsasən
təkcə Novruz mərasimləri və musiqi ilə məhdudlaşmır, dindarların sərbəst fəaliyyətinə
zəmin yaranarsa ortaq sahələrin digər cəhətləri də üzə çıxacaqdır. Höccətülislan
Nəzəri iki ölkənin müştərək cəhətlərinin bu il Samirada keçirilən Ərbəin mərasimində
nümayiş etdirildiyini vurğulayaraq açıqlamışdır: bir tedad adamlar Azərbaycan
respublikası və o ölkənin əhalisi üçün tarix qondarmaqla məşğuldur. Dövlət
quruluşunda üstünlük islam hüviyyətilə deyil, milli kimliklə əlaqədardır. O
bildirmişdir: onlar bir tərəfdən islam həmrəyliyi ilini elan edir, digər tərəfdən
isə yoruvijen müsabiqəsi və homoseksualların paradını keçirirlər. Bu din alimi
inqilab rəhbərinin Azərbaycan respublikası rəsmilərilə görüşünü və bu görüşdə əhalinin
məzhəbi hissiyyatına arxalanmağı və müsəlmanların məzhəb fəaliyyətindən çəkinməmələrinin
zəruriliyini vurğuladığına işarə edərək demişdir: Qarabağ müqavimət və əməl
üçün sursat deposudur. Şəhadət mədəniyyətini Qarabağda bastırmaq olarmı? Xoşbəxtlikdən
hacı Əlikram kimi şəxslərin bərəkətindən orada xalis islamçılar nəsli
yetişmişdir. Onlar öz əməlləri üçün yalnız Quran və əhlibeyt yolunu seçmiş, həbs,
işkəncə və şəhid olmaqdan qorxmurlar. O, Qafqazın şiə məktəbi ilə əlaqəsinə, Lənkərani,
İrəvani və Badkubeyi kimi alimlərin mövqeyinə işarə edərək artırmışdır: kök
atmayan hər bir cərəyan asanlıqla dayana bilər. Düşüncə ardıcıllığına malik
olan cərəyanlar isə asanlıqla kəsilə bilməz. çünki, onu kökünə qovuşmaqla davam
etdirmək olar. Höccətülislam Nəzəri Azərbaycan respublikasının tarix
baxımından, müxtəlif tarixi mərhələlərdə din alimlərinin mövcud olması,
imamzadaların və şiə mədəniyyətilə əlaqədar tarixi abidə baxımından zəngin bir
ölkə hesab edərək bildirmişdir: arzu edirik ki, qərbi-sionist böyük ortaşərq
düşüncə otağının əvəzində islam ortaşərqi yaransın və şərif Qüdsun və Fələstinin
azadlığına, eləcə də imamın vəsiyyətinin həyata keçməsinə, dünya müstəzəflərinə
yardım etməyə və islam dünyasının azadlığına zəmin yaransın.