header

 Yəmənlilər Səudiyyənin bir Apaçı helikopterini vurublar

Yəmən Ordusu əl-Hudeyda əyaləti istiqamətində irəliləmək istəyən Səudiyyə Ərəbistanı koalisiyasının bir Apaçı hərbi helikopterini vuraraq düşürüblər.

Səudiyyə Ərəbistanın hərbi helikopteri Yəmən Ordusu və “Xalq Komitələri”nin Havadan Müdafiə Qüvvələri tərəfindən əl-Hudeyda əyalətinin Beytul-Fəqih bölgəsində vurulub.

 

Hazırda Səudiyyə Ərəbistanın koalisiyası sahildə yerləşən əl-Hudeyda əyalətini zəbt etməyi planlaşdırır.

 

Yəmənlilər ötən ayın 24-də də Nəcran cəbhəsində Səudiyyənin F-16 tipli qırıcısını vurmuşdular.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vəkoalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçiblər. / İslaminSesi

Yəmən Ordusu əl-Hudeyda əyaləti istiqamətində irəliləmək istəyən Səudiyyə Ərəbistanı koalisiyasının bir Apaçı hərbi helikopterini vuraraq düşürüblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap