Məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Xəbər verdiyimiz kimi bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılıb
Bunu Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə yap.org.az-a müsahibəsində
deyib.
Şeyxülislam qeyd
edib ki, bu, bizim həyat tərzimizdir və biz bununla qürur duyuruq: "Bu,
eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir. Hər iki məzhəbi təmsil
edən Qafqaz Müsəlmanları İdarəsi də hər zaman bu istiqamətdə təbliğat işi
aparır. Məhərrəm ayının təziyə mərasimlərində sünni məzhəbindən olan din xadimlərinin
iştirakı, Bakı İslam Universitetində hər iki məzhəbdən olan tələbələrin tədris
prosesinin məzhəb ayrıseçkiliyi olmadan həyata keçirilməsi və s. İbadət proseslərinin,
mərasimlərin məhz bu şəkildə - heç bir məzhəb təəssübkeşliyinə yol vermədən
keçirilməsini təlqin edirik. Bu təşviqə uyğun olmayan davranış nümayiş etdirən
din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar".