İran “Hormuz -2” adlı yeni ballistik raketini sınaqdan keçirib-Foto
Posted on : iran 10/16/2017 1:00:24 PM
İran, “Fateh” ballistik raketlər sinifinə aid olan və dənizdə istifadə edilən “Hormuz-2” adlı yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirdiyini bəyan edib.
FarsNews-a
istinadən, bu barədə İran İslam İnqilabının Keşikçilər Korpusunun Hava Qüvvələrinin
komandiri Əmirəli Hacızadı deyib.
O bildirib ki,
carı həftədə Oman dənizində sınaqdan keçirilən ballistik raket 250 km məsafədə olan hədəfi dəqiq vurub.
İran bundan öncə
dəniz döyüşlərində istifadə edilən “Xəlic Fars”, “Zülfüqar”, “Hormuz-1” kimi
ballistik raketləri istehsal etmiş və müvəffəqiyyətlə sınaqdan keçirmişdi.
Sözügedən
sınaqdan sonra ABŞ və Körfəz ölkələrindən yeni xəbərdarlıq mesajlarının gələcəyi
təxmin edilir./ İslaminSesi