Əliyevlər rejimində Şiə məddahı dua etdiyi üçün təhdid olundu
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
Rusiya və Fələstini işğal etmiş yəhudi cinayətkarlarından bir-başa göstərişlər alan əliyevlər rejimi minbər və rozələrdə Şiə məhbusları üçün dua etməyi qadağan edir və əks təqdirdə həbs ilə hədələyirlər.
əliyevlər rejiminin Azərbaycanda
Şiələrə qarşı yürütdükləri represiya siyasətləri səngimir. Quran, Ələm, Namaz,
Təkbir, Salavat, Məddahlıq məhbuslarının ardıyca növbə Dua və razi-niyaz məhbuslarına
çatdı.
Belə ki, Rusiya və Fələstini
işğal etmiş yəhudi cinayətkarlarından bir-başa göstərişlər alan əliyevlər
rejimi minbər və rozələrdə Şiə məhbusları üçün dua etməyi qadağan edir və əks təqdirdə
həbs ilə hədələyirlər.
Məlumatımıza görə, bu
günlərdə Azərbaycanın tanınmış Əhli Beyt (əleyhimus-səlam) məddahı və
İlahiyatçı Rasim Xudayi təhdid olunub.
İslamazeri.az-a daxil
olan məlumata əsasən Rasim Xudayinin telefonuna növbəti dəfə olaraq hədə
xarakterli zəng gəlib.
Rasim Xudayiyə yaxın olan
şəxslərin verdiyi məlumata əsasən bir neçə gün bundan öncə Həzrəti Zəhranın (səlamullahi
əleyha) şəhadətinin ildönümü ilə əlaqədar keçirilən məclisdən çıxıb evə
qayıdarkən telefonuna zəng gəlib. Kimliyi bilinməyən şəxs bundan sonra məclislərdə
və mərasimlərdə bir daha dindar və ilahiyyatçı məhbusların azadlığı üçün dua
etməməyi tələb edib. Əgər bu iş bir daha təkrarlanarsa daha sərt tədbirlər
görüləcəyi qeyd edilib.
Əhlibeyt məddahının
yaxınlarının sözlərinə görə, bu, Rasim Xudayiyə olan ilk belə zəng deyil.
Bundan öncə də ona bir neçə dəfə zənglər olub və təzyiqlərlə üzləşib...