header

 Donald Tramp: ABŞ heç bir müharibənin qalibi olmayıb

ABŞ prezidenti bu ölkə infrastrukturlarının hazırkı vəziyyətini "faciə" adlandırıb.

Tramp Amerikanın infrastrukturlarını faciəli, xarici siyasətini isə uğursuz adlandırıb. ABŞ prezidenti Asiyanın qərbində izlənilən militarist siyasətlərə trilyonlarla dollar vəsaitin xərclənməsinə işarə edib və deyib: Amerika son illərdə sadəcə pul xərcləyib və heç bir müharibənin qalibi olmayıb.

 

ABŞ prezidenti bir daha öz çıxışında Amerikanın iç üzünü ifşa etdi. Merilənd Ştatına səfər edən Donald Tramp tərəfdarları qarşısındakı çıxışı zamanı, Amerikanın hazırkı durumunu vəsf edərkən “faciə” ifadəsini işlədib:  “Bizə irs olaraq ötən 8 ildə iki dəfə artaraq 23 trilyon dollara çatmış bir borc qalıb. Həmçinin, öncəki dövlətdən bizə irs olaraq qalmış xarici siyasət bir-birinin ardınca uğursuzluqların şahidi olmuş bir xarici siyasətdir. Biz bundan sonra daha bir faciə istəmirik. Biz sonuncu dəfə nə zaman qalib olmuşuq? Biz hansısa müharibədə qalib gəlmişik? Biz hardasa uğur əldə etmişik?”

 

Tramp Amerikanın hazırkı problemlərinin bir çoxunun kökündə ölkəsinin ötən illər ərzində Asiyanın qərbində izlədiyi və ağır xərclər tələb edən uğursuz militarist siyasətlərin dayandığını bildirib: “Biz ölkə sərhədlərindən kənarda trilyonlarla dollar vəsait xərcləmişik. Halbuki, ölkə daxilində infrastrukturların bərbad vəziyyətə düşməsinə icazə verərək, heç bir yenilik həyata keçirməmişik. Dörd həftə öncəsinə kimi biz Yaxın Şərqdə 6 trilyon dollar vəsait xərcləmişik. Bir an üçün bu rəqəm barədə düşünün. Halbuki, bu xərclərə rəğmən Yaxın Şərqin hazırkı durumu 15 il öncəsi ilə müqayisədə son dərəcə bərbad vəziyyətə malikdir. Mən tam əminliklə sizə deyirəm, əgər bizim öncəki prezidentlərimiz vaxtlarını dəniz kənarında keçirsəydilər, indi vəziyyətimiz bundan daha yaxşı olardı. Biz bu pullar ilə ölkəmizi 3 dəfə yenidən qura bilərdik.”

 

ABŞ prezidenti öz çıxışında yeni bir müharibə ardınca olmadığını desə də, Cenevrədə Suriya böhranı ilə bağlı cərəyan edən danışıqlara toxunub və “İslam Terrorizmi” adlandırdığı fenomen ilə mübarizəyə təkid edib. Trampın çıxışı ilə bir vaxtda informasiya vasitələri ABŞ-ın yüksək səviyyəli bir generalının məxfi şəkildə Suriyanın şimalına səfər etməsi və orada Riqqəyə qarşı hərbi əməliyyatlar üçün ahəngdarlığın yaradılmasına səy göstərməsindən xəbər veriblər. Tramp həmçinin, terrorizm ilə mübarizə bəhanəsi ilə, dolayısı şəkildə miqrantlarla bağlı qanunun icrasına da təkid edir, dövlət məmurlarının hazırda cinayətkar miqrantların ovuna çıxdıqlarını və onları “cəhənnəm”ə göndərməyə çalışdıqlarını deyib.

 

Deyəsən Trampın sözləri hətta, ABŞ hakimiyyətinin daxilində belə o qədər də tərəfdara malik deyil.

 

Belə ki, Trampın miqrantlarla bağlı qərarının məhkəmə qərarı ilə ləğv edilməsinin ardınca, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də bu 7 müsəlman ölkəsi vətəndaşlarının Amerika üçün təhdid olması barədə hansısa fakt aşkar edə bilmədiyini açıqlayıb.

 

Dİgər tərəfdən ABŞ Dövlət Departamenti Pxenyanın nümayəndəsinə viza verməkdən çəkinib və Amerikanın yeni hökuməti ilə Şimali Koreya arasında ilk rəsmi təmasın bərqərar edilməsi üzrə səylər uğursuz alınıb.

 

İndi bütün gərginliklər ABŞ-ın sərhədlərinə yönəlib. Tramp Meksika ilə sərhədlərə tezliklə divarın çəkiləcəyini bildirib. Trampın bu açıqlaması isə iki ölkə arasında gərginliyin azaldılması məqsədi ilə Meksikaya səfər edən ABŞ dövlət katibi və daxili təhlükəsizlik nazirini çətin vəziyyətdə qoyub. Meksikalılar öz prezidentlərindən Tramp qarşısında qətiyyətli olmasını tələb edirlər. Peru prezidenti də Tramp ilə görüşünün ardınca divar yerinə körpü salmağa üstünlük verdiyini deyib. Bütün bunlar Trampı gözləyən çətin günlərin hələ balanğıcı sayılır.

ABŞ prezidenti bu ölkə infrastrukturlarının hazırkı vəziyyətini "faciə" adlandırıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap