Amerikanın, Telaferdə muhasirədə olan IŞİD-çiləri Xilasetmə Səyləri
Posted on : iran 10/16/2017 1:00:23 PM
İraq Könüllü Xalq Güclərindən olan bir komandir, Amerikanın Telaferdə mühasirə altında olan IŞİD-çiləri qurtarmağa çalışdığını ifadə etdi
İraq Könüllü Xalq Gücləri Mosulu qurtarma əməliyyatlarının
altıncı mərhələsinin başladığını açıqladı.
İraq Könüllü Xalq Gücləri Mosulun qərbində yerləşən Əl-Şəriyə
kəndinin girişlərinə çatdıqlarını və İraq Hizbullahının da Əl-Ceheş kəndinin
xilas etdiyini ifadə etdi. Könüllü Xalq Gücləri komandirlərindən olan Cavad
Əl-Talibavi, işid liderlərini Telaferdən çıxarmağa çalışdığını söylədi.
Cavad Əl-Talibavi: "Könüllü Xalq Gücləri tərəfindən
Telaferdəki mühasirənin daralmasından sonra, Amerikalıların işid liderlərini bu
mühasirədən azad etməyə çalışdığınısöylədi. Amerikalıların Telaferdə olan işid
mənsublarına təyyarələrlə silah və digər yardımlar etdiyinə dair, əlimizdə sənədlər
və sübutlar var. İraq qüvvələri Mosul Hava Limanına doğru irəliləməkdədir.Bu
bölgədəki işid mövqelərinə hücum hazırlanmaqdadır. ' İraq Ordusunun döyüş təyyarələri
və Haşdi Şaabi Kəşfiyyat vahidləri, Telaferin şimal-qərbində 5 bomba yüklü
vasitənin məhv edildiyini açıqladı. Haşdi Şaabi Kəşfiyyatı eyni zamanda işid
liderlərindən olan Ammar Mustafa Yusifin Telaferdə öldürüldüyünü ifadə etdi.
Telafer şəhəri 2014-ci ildə işid terror təşkilatı tərəfindən
işğal edilmişdir. Bu şəhər Mosulun mərkəzinə 65 kilometr uzaqlıqdadır və bu şəhəri
qurtarma vəzifəsi İraq Könüllü Xalq güclərinə verilmişdir. Bu şəhər IŞİD-in
Suriyadan Mosula keçid yoludur və IŞİD-ə yardımlar bu yoldan edilir. İraq Baş
naziri Heydər Əl-İbadi qurtarma əməliyyatlarının başladığını açıqladı. İraq
qüvvələri qurtarma əməliyyatlarına başladıqdan indiyə qədər bir çox kəndi
qurtarmışdır.
Qurtarma əməliyyatlarına hərbi vertolyotlar və topçu vahidlərlə
birlikdə İraq Ortaq qüvvələrindən bir çox adam iştirak edir. Neynevanı qurtarma
əməliyyatları 17 oktyabrda başladı və o gündən indiyəqədər, ordu qüvvələri,
federal polis, Könüllü Xalq Gücləri və Peşmergedən ibarət İraq qüvvələri yüzlərlə
kvadrat kilometri və Neynəva əyalətində onlarla kəndi işid terroristlərinin
işğalından qurtarıb.