Sionist rejimin müdafiə naziri: islam ölkələri İsrailin təhlükəsizliyini təmin etmək baxımından parçalanmalıdırlar
Posted on : qafqaz 10/16/2017 1:00:22 PM
Özü islam ölkələrini işğal edən, pərdə arxasında islam ölkələrini bölmək istəyən bir rejim Qarabağın Azərbaycan respublikasına qaytarılmasına razılıq verərmi?
Əl-Rəyülyövm qəzetinin Nasirə şəhərindəki müxbiri Züheyr Əndərus
yazmışdır: İsrail hələ də bütün göstəricilərə rəğmən Suriyanın altı illik
müharibənin siyasi həlli istiqamətində hərəkət etdiyini qəbul etmək istəmir.
Sionistlər islam ölkələrini irqi, etnik və məzhəb baxımından parçalamaq xəyalındadırlar.
Bu, Deyvid bin Qorionun planlaşdırdığı təfəkkürə əsaslanır. İsrailin müdafiə
naziri Aviqdor Libermanin fikrincə orta şərq qarşıdurmasından üç nəticə
çıxarılmalıdır ki, ən əhəmiyyətlisi islam ölkələrinin bölünməsidir. O
artırmışdır: bu nəticələr İsrail və bu ölkənin təhlükəsizliyinin təmin edilməsinə
təminat vermək istəyən ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. İsrailin
ekstremist sağçı qoluna aid olan Libermanın təfəkkürləri Amerikanın Difens
Niyus saytında dərc edilmişdir. O,
Suriya, İraq, Yəmən və regionun digər ölkələrində baş verənləri tarixi bir zəlzələ
kimi qiymətləndirmişdir. Həmin raporta əsasən Liberman bütün ixtilafların, təhlükələrin
və müharibələrin əsas amili olan sionist rejiminə işarə etmədən müsəlmanlar
arasında fitnə törətmək istiqamətində demişdir ki, region problemlərinin həlli
bəzi islam ölkələrində yeni sərhədlərin müəyyənləşdirilməsindən asılıdır.
Çünki, onun fikrincə mövcud sərhədlərin dəyişilməsi etnik münaqişələri aradan
apara və xalqının dəstəyindən yararlanan ölkələrin yaranması üçün yol aça bilər.
Liberman həm də qərbin regiondakı maraqlarını təmin etmək üçün yaradılan saxta
sionist rejimin təşkilinə işarə etmədən demişdir: Ortaşərqin bir çox ölkələri
süni yolla və Sayks-Piko müqaviləsinə əsasən müstəmləkəçilik nəzəriyyəsi
bazasında əmələ gəlmiş yerli əhalinin yaşayış tərzi, dərin etnik və irqi
ixtilafları nəzərə alınmamışdır. Diqqəti cəlb edən cəhət budur ki, Libermanın
bu görüşü Amerika prezidentinin müavini C. Baydenin islam ölkələri üçün
hazırladığı planla üst-üstə düşür. Bayden hələ 2007-ci ildə indiki vəzifəyə gəlməmişdən
əvvəl islam ölkələrinin kiçik muxtariyyətlərə parçalanmasını irəli sürmüşdü.
Qarşıya belə bir sual çıxır ki, Azərbaycan respublikasında sonist işğalçı
rejimi ilə əlaqələrin möhkəmlənməsini istəyənlər islam ölkələrini işğal edən və
pərdə arxasında bu ölkələrin parçalanmasını nəzərdə tutan bir ölkə Qarabağın Azərbaycan
respublikasına qaytarılmasına razılıq verməyəcəyinin fərqindədirlərmi? Elədir!
Həmişə vətəndə dostu düşmən, düşməni isə dost kimi qələmə verən və xalqı mürəkkəb
mediya yolları ilə aldadan və xalqın fəlakətinə zəmin yaradan xainlər olmuşlar.