Əl-Əxbar qəzetinin məqaləsi: “İngilis şiəliyi” müəzzəm inqilab rəhbərinin zəkasına məğlub oldu
Posted on : Əqidələr 10/16/2017 1:00:21 PM
Söz yoxdur ki, bu, düşünülmüş bir termindir. Bunula televiziya kanallarının qızışdırmaq istədiyi həssalığa mane olur, fitnə törətməyə mane olur
Əl-Əxbar qəzeti yazmışdır: “London şiəliyi” terminini ayətüllah
Seyyid Əli Xamneyi Britaniyanın televiziya kanallarından efirə gedən təhlükəli
proqramlara işarə edərək irəli sürmüşdür. Bu proqramlar şiə-sünni arasında fitnə
törətməklə yanaşı şiənin rasional və fikri göstəricilərini təhqir edir.
Əl-Əxbar məqalənin davamında yazmışdır: Söz yoxdur ki, bu, düşünülmüş bir
termindir. Bunula televiziya kanallarının qızışdırmaq istədiyi həssalığa mane
olur, fitnə törətməyə mane olur. London şiəliyi Aşura mərasimlərində fanatizmi
yaymaqdan əlavə müsəlmanların dünya imperializmi ilə qarşılaşmalarına dair əlaqələri
nişan almışdır. Qəzet artırmışdır: şiələrin son əsrlərdəki funksiyalarından belə
çıxır ki, bu məzhəbin alim və mütəfəkkirləri tərəfindən şiə cəmiyyəti üçün iki
cəhət irəli sürülmüşdür: biri Seyyid Məhəmmədbaqir Sədr kimi alimlərin cəsarətli
hərəkətləri və islamı aktiv qloballığa sövq etmələridir. Ikincisi isə nəzəri cəhətdən
London şiəliyi ilə üst-üstə düşməyən, lakin praktiki cəhətdən eyni olan və müsəlmanların
həmrəyliyini və imperializmə baxış tərzini nişan alan cəhət idi. Əl-Əxbar davam
edərək xatırlatmışdır: bu ilki Aşura gecələrində Seyyidhəsən Nəsrüllanın social
şəbəkələrin də yayımladığı çıxışları London şiəliyi vasitəsilə Aşura mərasimlərində
verilən bir sıra xürafələri təsvir etmişdir.