Hansı əməl Bəni-İsraili 7 illik quraqlıq və qıtlıqdan xilas etdi?
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
İllərlə qıtlığa məruz qalan Bəni-İsrailin duası niyə qəbul olmurdu?
İhya Ulumiddin əsərində (cild-1, səh- 461) gəlib ki tanınmış
sufi alimi Sufyan Suri dedi:
"Hədislərin birində nəql olunub ki, Bəni-İsrail düz
yeddi il qıtlığa və quraqlığa məruz qaldılar. Allah bu zaman onların Peyğəmbərinə
vəhy etdi:
Əgər sizin dizləriniz yerə çökənə qədər illərlə piyada getsəniz
belə, əlləriniz asimanın yuxarı təbəqələrinə qədər uzanana kimi dua etsəniz və
diliniz dolaşana qədər dua etsəniz belə, heç birinizin duasını qəbul etməyəcəyəm,
sizlərdən heç birinin çarəsiz qalanına rəhm etməyəcəyəm. Yalnız insanların
haqqını özlərinə verdiyiniz halda duanı qəbul edəcəyəm.
Bəni-İsrail bunu etdi və həmin gün yağış yağdı”
Digər hədisdə İmam Sadiq buyurub:
“Sizlərdən hər biriniz duasının qəbul olmasını istəyirsə
qazancını təmizləyib, halal qazansın və camaatın haqqını qaytarsın. Qarnında
haram və boynunda kiminsə haqqı olan bəndənin duası Allah dərgahına
qalxmaz." / İslaminSesi