Səudiyyə koalisiyasının hücumu uğursuz nəticələndi, azı 70 əsgər öldü - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Səudiyyə Ərəbistanı ordusu rəhbərliyi altındakı koalisiyanın bu həftəsonu Yəmənin Taiz bölgəsində başlatdığı böyük hücum fiaskoya uğrayıb.
Yüzlərlə
koalisiya əsgərinin iştirakıyla yəmənli Husi partizanlar və Respublika Keşikçiləri
yerləşən mövqelərə başladılanhücumda Səudiyyə koalisiyası ağır itkilər verib.
Bölgədəki mənbələrin bildirdiyinə görə, azı 70 koalisiya əsgəri öldürülüb.
Uğursuz hücum
zamanı içərisində ABŞ istehsalı "Abrams" tankların da olduğu çox
sayda zirehli texnika, avadanlıq məhv edilib və Yəmənli partizanların əlinə
keçib. /eastnews