Bu gün həzrət Məsumə xanımın vəfat günüdür
Posted on : Əqidələr 10/16/2017 1:00:21 PM
Məsumə xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu bölgəyə axışması daha sonra Qum şəhərini nəhəng bir dini-elmi mərkəzə çevirdi.
İmam Rzanın Qum
şəhərində dəfn edilmiş bacısı həzrət Fatimeyi Məsumə xanımın hicri-qəməri
tarixi ilə Zil-Qədə ayının 1-də doğulub və rəbius-sani ayının 10-u vəfat edib.
Həzrət Məsumə 28 il ömür sürüb.
Tarixi faktlara
əsasən İmam Rza xəlifə Məmun tərəfindən Mərvə aparıldıqdan sonra Mədinədə olan ələvilər
də buraya axışmağa başladılar. Həzrət Məsumə xanım hicrətin 201-ci ilində Mərvə
yola düşür. Lakin İranda Savə adlanan bölgədə Əhli-Beyt düşmənləri onun yolunu
kəsir və həzrət Məsumə Quma getməyə məcbur qalır. Həzrət Məsuma Quma gəldikdən
cəmi 17 gün sonra ağır qızdırmadan vəfat edir.
Qum şəhəri Məsumə
xanımdan öncə quraqlıq və kasıbçılığın hökm südüyü kiçik bir kənd imiş. Məsumə
xanımın Qumda dəfn edilməsindən sonra Əhli-Beyt aşiqlərinin ziyarət üçün bu
bölgəyə axışması daha sonra Qum şəhərini bir dini-elmi mərkəzə çevirmişdir.
Əllamə Məclisi
Biharul-Əhvar əsərinin 102-ci cildində Məsumə xanımın məqbərəsini ziyarət etmək
haqda belə bir hədisi nəql edir:
“İmam Rza Səd
ibni Səd əl-Əşəriyə belə dedi: Ey Səd! Bizdən bir nəfərin məzarı sizin
yanınızdadır bilirsən!? Səd deyir: Ərz etdim ki ey İmam bəli bilirəm, siz Fatimə
binti Musa ibni Cəfərin qəbrini deyirsinizmi?. İmam buyurdu: Bəli, Ey Səd onun
məqamını tanıya bilən bir şəxs onu ziyarət edərsə, cənnətlik olar. Onun qəbrinə yaxınlaşanda
başının üstündə dur və 34 dəfə “Allahu-Əkbər”, 33 dəfə “Subhanəllah” və 33 dəfə
“ əl-Həmdu lillah” de! Ondan sonra isə bunu de: Əssəlamu əla Adəm sifvətillah......”
/ İslaminSesi