header

 Hələb haqqındakı biabır yalanları aşkar edən faktlar

Terrorçu və silahlı qruplaşmaları dəstəkləyən jurnalistlər və mediyalar bu günlər və silahlı qruplaşmaların Hələbdə məğlubiyyəti nəticəsində bu şəhər haqqında saxta təsvirlər yayımlamaqdadırlar

Terrorçuları dəstəkləyən mediya ümumi ictimaiyyəti yayındırmaq üçün uşaqlardan sui-istifadə etməklə Suriya ordusunu Hələbə hücum edib əhalini qırmaqda ittiham etməyə çalışırlar. Onlar bununla da beynəlxalq təşkilatların atəşkəs istəyini əsaslandırmaq və silahlı terrorçuları himayə etmək istəyirlər. Mediyalar bu istiqamətdə Suriyadakı qədim təsvirləri və hətta Qəzzə uşaqlarına aid təsvirləri yayımlayır və bu təsvirlərin Hələb uşaqlarına aid olduğu və Suriya ordusunun tərəfindən həyata keçdiyini iddia edirlər!! Suriya silahlı terrorçularının qızğın himayədarı olan Səudiyyənin “Ələrəbiyyə” kanalı yardımçıların kömək etmək istədiyi yaralı bir uşağın təsvirini vermişdir. Ələrəbiyyə iddia etmişdir ki, təsvir Suriya ordusunun Hələbə hücumunun qurbanı olan bir uşağa aiddir. Bu təsvir “birbaşa və davamlı olaraq” və ya “Hələbdə baş verən son dəyişikliklər” ibarələrilə müşayiət olunur. Hal bu ki, təsvirin tarixi keçmiş noyabr ayına aiddir. Yardımçıların geyimindən də bəllidir ki, onlar Suriyanın yanğınsöndürən qüvvələridir.

 amma bu günlər bir çox sosial şəbəkələrin və mediyanın alqışına səbəb olan digər bir təsvirin Hələbə aid olduğu iddia edilirsə də əslində 2014-cü ilə aiddir. Yəni BMT-n Dimeşqin Yərmuk düşərgəsində Fələstin didərginlərinə xörək paylamasını göstərir.

.

 Əslində sionist rejimin 2014-cü ildə Qəzzəyə hücumunu göstərən başqa bir təsvir isə “Hələb uşaqlarının qırğını” adı ilə yayımlanmışdır! 

Sionist rejimin Qəzzədəki cinayətlərinə aid olan təsvir: 

 

 terrorçu qruplaşmaların himayədarları bu təsviri yayımlayaraq iddia etmişlər ki, Suriya ordusu tərəfindən törədilən Hələb əhalisinin qırğınına aiddir. Halbuki, deyilən təsvir İŞİDİN iki il bundan qabaq Təlli-Həmis cinayətlərinə və Kürd qırğınına aiddir.

 Qətərin Əlcəzirə şəbəkəsinin müxbiri Əhməd Müvəffəq Zeydan həmin təsviri yayımlayaraq iddia etmişdir ki, Hələbin təxribini göstərən təsvir əslində sionist rejimin 33 günlük müharibədə Livana hücumuundan əmələ gələn təxriblərdir.

 Həmin təsvir də Hələbin şərqi didərginlərinin Suriya ordusu tərəfində işkəncə olmasına aid olduğu iddia edilsə də əslində Türkiyə ordusunun Kürd rayonlarında apardığı əməliyyatda bir qızın öldürülməsinə aiddir.

 Əlcəzirə şəbəkəsinin aparıcısı Əhməd Zeydan da terrorçuların 2014-cü ildə İraqdakı və 2015-ci ildə Dimeşqdəki cinayətlərinə aidi təsvirlər yayımlamışdır ki, Suriya ordusu tərəfindən Hələb əhalisinin kütləvi edamına aid edilir.

silahlı qüvvələri dəstəkləyənlər bu təsviri yayımlamaqla iddia etmişlər ki, guya şiə silahlı qüvvələri Hələbin şərqində bir evi yandırmışlar. Halbiki təsvir iki il bundan əvvəl Misirin Asiyut şəhərində qaz sızmasından əmələ gələn yanğına aiddir. 

 Terrorçuların himayədarları bu təsviri yayımlamaqla iddia etmişlər ki, Hələbin şərqində 500 nəfər mülki əhali edam edilmişdir. Halbuki təsvir üç il bundan əvvələ, Hələbin qərbində yerləşən Xanəl-Əsəldə azad ordu və Əlqaidə ünsürləri tərəfindən Suriya vətəndaşlarının qırılmasına aiddir.

Terrorçu və silahlı qruplaşmaları dəstəkləyən jurnalistlər və mediyalar bu günlər və silahlı qruplaşmaların Hələbdə məğlubiyyəti nəticəsində bu şəhər haqqında saxta təsvirlər yayımlamaqdadırlar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:20 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap