Kontr-admiral Səyyari: İranın dəniz qoşunları bütün region və regiondan kənar hərəkətləri izləyir
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
İranın dəniz qoşunlarının komandanı deyib: İran ordusunun dəniz qoşunları Sepah-ın dəniz qoşunları ilə yanaşı, bütün region və regiondan kənar hərəkətləri izləyir.
IRIB-nin məlumatına
görə, İranın dəniz qoşunlarının komandanı kontr-admiral Səyyari Tehranın buhəftəki
cümə namazı xütbələrindən öncəki çıxışında əlavə edib: İran ordusunun dəniz
qoşunları Sepah-ın dəniz qoşunları ilə yanaşı, Fars Körfəzində, Hörmüz
boğazında, Oman dənizində və Hind okeanının şimalındakı bütün hərəkətləri izləyir
və heç bir vəchlə heç bir gəminin İran İslam Respublikasının sərhədlərinə
yaxınlaşmasına icazə verməyəcək.
Kontr-admiral Səyyari
söyləyib: İran ordusunun dəniz bölmələri öz qüdrətini göstərmək üçün cənub-şərqi
Asiya ölkələrində, Cənubi Çin dənizində, Sakit Okeanda və Çin limanlarında, eləcə
də qərb istiqamətdən Qırmızı dənizə, Aralıq dənizinə və bu dəniz ətrafındakı
ölkələrədək və cənub istiqamətdə Hind okeanınadək iştirak edirlər.
Kontr-admiral Səyyari
həmçinin deyib: İran ordusunun dəniz qoşunları Ədən körfəzində və Hind
okeanının şimalında iştirak edir və tankerlər və ticarət gəmiləri üçün təhlükəsizlik
yaradaraq, İranın iqtisadi təhlükəsizliyinə azacıq bir xələlin belə dəyməsinə
mane olublar.