Nigeriya məhkəməsi Şeyx Zəkzaki barədə qərarını açıqladı
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Nigeriya məhkəməsi Şeyx Zəkzaki barədə qərarını açıqladı
Abucada yerləşən
Nigeriya Federal Ali Məhkəməsi cümə günü bu ölkənin Əhli-Beyt (ə)
ardıcıllarının rəhbəri Şeyx Zəkzakininvə həyat yoldaşının 45 gün ərzində azad
olunmasına dair hökm çıxardıb.
Bu hökmə əsasən
Nigeriya Təhlükəsizlik Qüvvələri 45 gün ərzində Şeyx Zəkzaki və həyat yoldaşını
polisə təslim etməli və polisdə ən geci 24 saat ərzində Şeyx Zəkzaki və
xanımını sərbəst buraxmalıdır.
Qeyd edək ki,
2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin
toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri,
ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən
2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya
göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya
ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə)
tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı
1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər
hazırda Kaduna həbsxanasında saxlanılır.
Ötən ildən
indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə
dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki
və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər./ FaktXəbər