Ustad Möhsün Qiraətinin bəzi namaz qılanlara ünvanladığı mühüm irad
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
“Namaz qılmaq, oruc tutmaq Allah istədikləri arasında ən ilkini və ibtidaisidir. İbadətlərin əsas və çətin mərhələsi isə ictimai ədaləti qorumaq, nəfsani və şəhvani istəklər qarşısında mübarizə aparmaqdır”
Tanınmış əxlaq
ustadı Möhsün Qiraətinin ictimai ədaləti bərpa etmək, digərlərinə də özünə
münasibət kimi münasibət bəsləmək haqda, namaz qılanlara ünvanladığı, bir müsəlmanın
taleyyüklü məsələlərindən xəbər verən mühüm iradı təqdim edir:
"Bir gün məni
rayonlardan birinə qonaq dəvət etmişdilər. Cümə günü məsciddə xütbə oxumaq üçün
minbərə dəvət edildim. Məscidə girərkən diqqətimi bir şey çəkmişdi. Məscidin
kişilər oturan hissəsində gördüm ki, kişilər altlarına döşəkçə qoyub oturublar.
Qadınlar tərəfə baxdım, quru yerdə oturmuşdular. Minbərə çıxıb dedim:
-Bismillah...
Əziz kişilər. Baxıram ki, xanımlar quru yerdə oturublar, siz isə döşəkçə üzərində.
Mən sizə hansı Qurandan, hansı Əhli-beytdən, hansı ictimai ədalətdən danışım? Vəssalamu
əleykum və rəhmətullah.
Bunu deyib minbərdən
düşdüm." / İslaminSesi