header

 Rəbiul-əvvəl niyə belə adlanıb? Bu ayda nələr baş verib?

İslam tarixində Rəbiul-əvvəl ayında baş verən hadisələr

Rəbiul-əvvəl hicri-qəməri tarixinin üçüncü ayıdır. Hicri tarixindən öncə Cahiliyyət Dövrünün ərəbləri onu “Xəvvan” ya “Xuvvan” deyə adlandırırdılar. Rəbi bahar deməkdir. O zaman belə adlanıb ona görə ki yaz fəslinə təsadüf edib.

 

Belə bir fikri formalaşıb ki səfər ayı nəhs ayıdır. Buna görə bəziləri səfərdən sonra rəbiul-əvvəlin gəlişi ilə təbrik deyirlər. Onlar bu məsələdə Peyğəmbərin “Səfərin çıxmasını mənə xəbər verənə müjdə verərəm” hədisi ilə əsaslandırılar. Amma bu fikir hədisin silsilə sənədinin zəif olması səbəbindən və islam dininin ruhu və ülvi mesajları ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir.

 

İslam tarixində Rəbiul-əvvəl ayında baş verən hadisələr bunlardır:

 

1-      Rəbiul-əvvəlin biri Peyğəmbərin dəfn edilməsi, Leylətul-Məbit gecəsi, Peyğəmbərin hicrəti, İmam Həsən Əskərinin zəhərlənməsi

 

2-      Rəbiul-əvvəlin 3-ü Kəbə evinin Yezid ibni Muaviyənin ordusu tərəfindən dağıdılması

 

3-      Rəbiul-əvvəlin 5-i Həzrət Səkinənin vəfatı

 

4-      Rəbiul-əvvəlin 8-i İmam Həsən Əskərinin şəhid olması

 

5-      Rəbiul-əvvəlin 9-u İmam Zamanın imamətinin başlanması, İkinci xəlifə Ömər bin Xəttabın terror edilməsi, Yezidin nümayəndəsi Ömər Sədin qətlə yetirilməsi

 

6-      Rəbiul-əvvəlin 10-u Peyğəmbərlə həzrət Xədicənin izdivacı, Qəsbkar Müaviyə ibni Əbu-Sufyanın hökmdarlığa başlaması

 

7-      Rəbiul-əvvəlin 12- Namazın rəkətlərinin  artması, Peyğəmbərin Mədinəyə daxil olması, Mötəsim Abbasinin ölümü, Əhməd bin Hənbəlin vəfatı,

 

8-      Rəbiul-əvvəlin 14-ü Yezid ibni Müaviyənin ölməsi,

 

9-      Rəbiul-əvvəlin  17-i Peyğəmbərimizin mövludu, İmam Sadiqin mövludu

 

10-  Rəbiul-əvvəlin 22-i Peyğəmbərin başçılığı ilə Mədinə ətrafında yəhudi qəbiləsi olan Bənin-Nəzirlə döyüş

 

11-  Rəbiul-əvvəlin 23 həzrət Məsumə xanımın Quma daxil olması

 

12-  Rəbiul-əvvəlin 25 müsəlmanların Dumətul-Cəndəl döyüşü, İmam Həsənlə Müaviyə ibni Əbu-Sufyan arasında sülhün bağlanması. / İslaminsesi

İslam tarixində Rəbiul-əvvəl ayında baş verən hadisələr
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap