İran XİN: ABŞ Senatının qərarı Hərtərəfli Birgə Fəaliyyət Planına və Amerikanın üzərinə götürdüyü öhdəliklərə zidddir
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
İran XİN: ABŞ Senatının qərarı Hərtərəfli Birgə Fəaliyyət Planına və Amerikanın üzərinə götürdüyü öhdəliklərə zidddir
“Necə ki, dəfələrlə
ölkənin ali rütbəli rəsmiləri elan edib. ABŞ Senatı və ABŞ Nümayəndələr
Palatasında İrana qarşı sanksiyaların müddətinin uzadılması qərarı Hərtərəfli
Birgə Fəaliyyət Planına, Amerikanın beynəlxalq hüquqda digər ölkələrin beynəlxalq
və daxili məsələlərinə müdaxilə etməyəcəyinə dair üzərinə götürdüyü öhdəliklərə
zidddir”. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün
ABŞ Senatında İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına
münasibət bildirərkən deyib.
B.Qasimi deyib
ki, beynəlxalq əlaqələrin əsas prinsiplərinə görə, Amerika hökuməti beynəlxalq
öhdəliklərini yerinə yetirməyə borcludur.
“Amerikanın daxilində siyasi dəyişikliklər və iki qurumun arasındakı çəkişmələr
bu ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasına və həmin
öhdəliklərin icrasında səhlənkarlıq etməsi üçün dəlil ola bilməz. ABŞ
prezidenti Hərtərəfli Birgə Fəaliyyət Planında qəbul edib ki, bütün səlahiyyətlərindən
istifadə edərək Hərtərəfli Birgə Fəaliyyət Planına zidd bütün qərarların, o
cümlədən ABŞ Senatının son qərarının icrasının qarşısını alacaq”.
B.Qasimi deyib
ki, İran İslam Respublikası beynəlxalq razılıqlara əməl etdiyini sübut edib.
“Lakin ehtimal olunan hər bir şərait üçün lazımi tədbirləri nəzərdə saxlayıb. Hər
bir şəraitdə İran xalqının hüquqlarını tədbirli, güclü və daha təsiredici vasitələrlə
qorumağa lazımi hazırlığı var”.
O deyib ki,
İranın Xarici İşlər Nazirliyi ABŞ hökumətinin bu hərəkətini diqqətlə izləyəcək
və lazımi ölçü və qərarın qəbul edilməsi üçün Hərtərəfli Birgə Fəaliyyət Planın
icrasına Nəzarət Şurasına hesabat təqdim edəcək.
Qeyd edək ki,
ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə
tutan qanun layihəsini qəbul edib.
Xatırladaq kii,
ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il
müddətinə uzadılmasına səs verib. Nümayəndələr Palatasının 419 üzvü
sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış
edib.
Qanun layihəsi
imzalanması üçün ABŞ prezidenti postunu yanvarın 20-də təhvil verəcək Barak
Obamaya təqdim ediləcək. / Maide