İran gəmisi ABŞ vertolyotunu nişan aldı
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
ABŞ: "Bunun təkrarlanması vəziyyəti gərginləşdirə bilər..."
"Reuters"-ə
istinadən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun gəmisi silahını Hörmüz
boğazındakı ABŞ HDQ-nə məxsus vertolyot tərəfə tuşlayıb. Məlumatı Pentaqondakı
mənbədən veriblər.
ABŞ Müdafiə
Nazirliyinin nümayəndələri Tehranın hərəkətlərini təhlükəli və qeyri-peşəkar
adlandırıb. Onların sözlərinə görə, hadisə SH-60 vertolyotu beynəlxalq
sulardakı 2 İran gəmisindən 800 metr məsafədən uçub keçən zaman baş verib.
Pentaqon qeyd
edib ki, ekipaj üzvü təhlükə hiss etməyib. Lakin oxşar hadisə vəziyyətin gərginləşməsinə
səbəb ola bilər. /