header

 Azərbaycan respublikasının mədəni dairələri din alimi və əhlibeyt mədahının vəfati münasibəti ilə başsağlığı vermişlər - Foto

Azərbaycan respublikasının mədəni dairələri din alimi və əhlibeyt mədahının vəfati münasibəti ilə başsağlığı vermişlər - Foto

Tashaio.com xəbər verir ki, Bir sıra mədəniyyət və sənət xadimləri, o cümlədən universitet professorları və əhlibeyt dostları ustad Səlim Müəzzinzadənin vəfatı ilə əlaqədar cüməaxşamı səhər çağından ikindiyə kimi İranın mədəniyyət konsulluğuna gedib ayətüllah-üzma Müsəvi Ərdəbilinin vəfat xəbərini eşidərək dərin təəssüf və hüznlərini bildirmiş və onlara Allahdan rəhmət diləmişlər.

 

İranın Azərbaycan respublikasındakı səfiri Cavad Cahangirzadə həmin nümayəndəliyə gedərək xatirə dəftərinə ürək sözlərini yazmış və ayətüllah Musəvi Ərdəbili həzrətləri və Səlim Müəzzinzadə Ərdəbilinin vəfatı münasibətilə İran islam respublikasının dövlət və xalqına, eləcə də o mərhumlarin ailələriə başsağlığı vermişdir.

 

Azərbaycan respublikası din işləri üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı xatirə dəftərinə ürək sözlərini yazdıqdan sonra müxbirlərə verdiyi müsahibədə Səlim Müəzzinzadəni bu ölkənin mədəniyyət və sənət dairələrində bir ustad kimi tanındığını bildirərək onun vəfatını hər iki ölkə sənətkarlarına dəymiş böyük xəsarət kimi qiymətləndirmişdir.

 

İranın Azərbaycan respublikasındakı mədəni konsulu İbrahım İbrahimi demişdir: Azərbaycan xalqı İran əhalisi kimi ustad Səlim Müəzzinzadəni əhlibeyt maarifini yorulmadan yaydığına görə çox sevirdilər və onun vəfatı xəbərini eşitdikdə son dərəcə kədərləndilər.

 

O artırmışdır: Azərbaycan respublikasının mədəniyyət və sənət nümayəndələrinin buraya gəlib xatirə dəftərini yazdıqlarından əlavə ayətüllah Müsəvi Ərdəbili həzrətləri və səlim Müəzzinzadənin vəfatı münasibətilə bu ölkənin sosial və mədəni ziyalılarından onlarla şəxsiyyət telefon vasitəsilə İran islam respublikasının məsul məqamlarına başsağlığı vermişlər. İbrihimi Azərbaycan respublikasının mədəni və sənət nümayəndələrinin İranın mədəni konsulluğuna gəlib ayətüllah Müsəvi Ərdəbili həzrətləri və səlim Müəzzinzadənin vəfatı ilə əlaqədər həmrəylik göstərmələrini iki ölkə arasında mədəni əlaqələrin möhkəm olduğunu nümayişi kimi qiymətləndirmişdir.


Azərbaycan respublikasının mədəni dairələri din alimi və əhlibeyt mədahının vəfati münasibəti ilə başsağlığı vermişlər - Foto
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap