ABŞ-da "qara cümə"; 2 ölü, 4 yaralı
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışı zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Nyu-Cersi
ştatında “Macy's” univermağının qarşısında naməlum şəxs iki gənci güllələyib. Onlardan biri hadisə yerində, digəri
isə xəstəxanada ölüb.
Nevada ştatının
Reno şəhərində, “Walmart” hipermarketinin avtomobil dayanacağında bir alıcı digərini
güllələyərək öldürüb. Cinayətkar hadisə yerindən qaçıb.
Daha 3 nəfər
Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində güllə yarası alıb.
Məlumata görə,
son sutka ərzində ticarət mərkəzlərində azı 4 silahlı insident baş verib. /eastnews