header

 ABŞ Yəməndə müharibədən əvvəl hökumət qüvvələrini silahlandırıb

Bu barədə WikiLeaks təşkilatının dərc etdiyi ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədindən məlum olub

Vaşinqton hələ müharibədən əvvəl Yəmən hökumətini silahlandırıb, təlim verib və sponsorlaşdırıb.

 

Bu barədə WikiLeaks təşkilatının dərc etdiyi ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədindən məlum olub.

 

"Sənəd həmçinin Yəmənin Amerikadan müxtəlif silahlandırmanı - təyyarə, gəmi, nəqliyyat vasitələri... və  biometrik sistem aldığını göstərir", - deyə WikiLeaks saytında bildirilir.

 

Sənədlər 2009-cu ildən münaqişələrin başladığı 2015-ci ilin mart ayına kimi müddət əhatə edir. WikiLeaks vurğulayır ki, Yəməndə müharibə ABŞ Dövlət Katibi Hillari Klintonun dövründlə başlayıb və Con Kerrinin onu əvəzləməsindən sonra da davam edib.

 

Amerikanın Yəməndəki səfirliyi  2015-ci ilin fevral  ayında - müharibədən bir ay əvvəl bağlanıb, deyə WikiLeaks xatırladıb.

 

Qeyd edək ki, Yəməndə 2014-cü ildən rejimə qarşı aksiyalar başlayıb, lakin 2015-ci ildən Səudiyyə rejimi başda olmaqla ərəb koalisiyasının müdaxiləsi ilə kəskinləşib. Rejim qüvvələrinin hava hücumundan bu günə qədər uşaqlar və qadınlar da daxil olmaqla on minlərlə dinc sakin həyatını itirib və yaralanıb, yüzlərlə məktəb binası, xəstəxanalar və yaşayış binaları yararsız hala gəlib./ FaktXəbər

 
Bu barədə WikiLeaks təşkilatının dərc etdiyi ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədindən məlum olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap