İraqda zəvvarlara hücum edilib, 80 nəfər həlak olub - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
İraqın Babil əyalətinin mərkəzi əl-Hillə şəhəri ərazisində zəvvarlara qarşı partlayış törədilib, ölənlərin sayı 80-i keçib.
Əl-Aləm
telekanalına istinadən, partlayış əl-Hillə şəhərində yanacaqdoldurma məntəqəsində
törədilib.
Həlak olanların
sayı 80-i keçib. Onlarla yaralı var.
Məlumata görə
partlayış bir minalanmış maşının partladılması ilə həyata keçirilib.
Həlak olanların
təqribən yarısı iranlı, bir neçə nəfəri əfqanıstanlıdır. Onların arasında azərbaycanlı
zəvvarın olub, olmaması hələ məlum deyil.
İŞİD bu terror
aktını öhdəsinə götürüb.