İraq türkmənləri Türkmən adını daşıyan hər hansı hərbi qrupun yaradılmasının əleyhinədir
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
İraq parlamentinin türkmən üzvləri və İraqın türkmən siyasətçiləri Türkmən adı altında hər hansı hərbi qrupun yaradılmasına qarşı çıxdıqlarını bildirərək belə bir qrupdan siyasi məqsədlər üçün istifadə edilməsinə dair xəbərdarlıq ediblər.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata
görə, İraq parlamentinin türkmən üzvü Niyazioğlu bu barədə deyib: Türkmən
övladları İraqın bütün hərbi qurumlarında iştiraka malikdir və ayrıca hərbi
qrupun yaradılmasına heç bir ehtiyac yoxdur.
İraq türkmənləri Mosulun azad edilməsi
əməliyyatı və İŞİD qrupu ilə savaşda 90 şəhid vermişlər. Bu şəhidlər təhlükəsizlik,
ordu və terrorizm ilə mübarizə qüvvələri tərkibində terrorçularla savaşlarda
canlarını veriblər.