Hicaba görə işçini işdən çıxaran şirkət məhkəmədə məğlub olub
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
İsveçrə məhkəməsi hicaba görə işdən çıxarılma halını şirkətin əleyhinə həll edib.
Haber7-ə
istinadən, 29 yaşlı serb qadın illərdi
çalışdığı camaşırxanadan hicab bağladığına görə işdən çıxarılıb. 2015-ci ildən
işdən çıxarılan bu xanım məhkəməyə müraciət edib. Bern məhkəməsi xanıma haqq
qazandıraraq şirkəti cərimələyib. Şirkət qadına 3 aylıq maaşını və bundan əlavə
olaraq 8 min İsveçrə frankı ödəməyə məhkum edilib.
Həmçinin haqsız
yerə işdən çıxarılan qadın həmin şirkətdə işlə təmin olunub. Qeyd edək ki, bu xəbər
İsveçrə mediasında əks-səda doğurub./ İslaminSesi