Bu il Azərbayanda iqtisadi geriləmə olacaq
Posted on : qafqaz 10/16/2017 1:00:17 PM
Bu il Azərbayanda iqtisadi geriləmə olacaq
Azərbaycan
hökuməti 2016-cı ildə iqtisadi artımla bağlı proqnozlarını köklü surətdə dəyişib.
Fins.az-ın «Reuters» agentliyinə istinadən məlumatına görə, hökumət 2016-cı ildə
1, 8 faiz iqtisadi artım proqnozlaşdırdığı halda sonradan bu proqnozu dəyişərək
2, 8 faiz iqtisadi geriləmə olacağını rəsmən təsdiq edib.
Xəbərdə deyilir
ki, Azərbaycan hökumətinin bundan əvvəlki nikbin proqnozlarını ciddi beynəlxalq
maliyyə təsisatları onsuz da bölüşürmürdülər və əksinə 3, 9 faiz geriləmə
proqnozlaşdırırdılar.
«Reuters»in
suallarına cavab verən İqtisadiyyat Nazirliyi bildirib ki, geriləməyə mürəkkəb
beynəlxalq iqtisadi-maliyyə prosesləri, Azərbaycanın fəal ticarətdə olduğu ölkələrdə
milli valyutaların ucuzlaşması kimi faktorlar təsir edib.
Nazirlik izah
edib ki, 1, 8 faiz artım proqnozu 2015-ci ilkdə Beynəlxalq Valyuta Fondu (BVF)
neftin qiymətini bir barrel üçün 64 dollar olaraq proqnozlaşdıranda verilmişdi.
Reuters yazır
ki, neft və qaz gəlirləri Azərbaycanın büdcə gəlirinin 75 faizini və ÜDM-in 45
faizini təşkil edir: «Təbiidir ki, belə şəraitdə neft qiymətlərinin düşməsi Azərbaycan
iqtisadiyyatına ağır zərbə vurmalı idi»-deyə agentlik bildirir.
Bu prosesə
cavab olaraq Azərbaycan bu ilin büdcəsində neftin qiymətini bir barrel üçün 25
dollardan götürüb və manatı tənzimlənən üzən məzənnəyə buraxıb.
BVF bu il Azərbaycanda
ÜDM-in 2, 4 faiz azalacağını proqnozlaşdırıb, Avropa İnkişaf və Yenidənqurma
Bankının proqnozu isə mənfi 3 faizdir. /Maide