Ərdəbil-Bakı aviareysi açılacaq
Posted on : qafqaz 10/16/2017 1:00:17 PM
Gediş-gəlişin çox olması və ehtiyac yarandığı üçün Ərdəbil-Bakı aviareysi ən gec Novruz bayramına kimi fəaliyyətə başlayacaq.
Bunu Ərdəbil
hava limanları idarəsinin baş direktoru seyid Fəxrəddin Haşimi
bildirib.
F.Haşimi deyib
ki, Ərdəbil-Bakı aviareysinin təşkili ilə bağlı proqram hazırlamışıq. Apardığımı araşdırmalar
göstərir ki, bu aviareysin açılması zəruridir. “Çalışırıq ki, ən gec bu aviareys gələn ilin əvvəlinə kimi açılsın. İnsanların
gediş –gəlişini asanlaşdırmaq və
rahatlıqlarını təmin etmək məqsədi ilə Novruz bayramında çarter uçuşlar həyata keçirməyi
planlaşdırırıq.” /Maide