İŞİD-in əlindəki qızdan Bakıdakı atasına mesaj: “Bomba atsalar, səni bir də görə bilməyəcəm” - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
"Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb öpmək istəyirəm. Ancaq birdən bura bomba atsalar, səni bir də görə bilməyəcəm".
Bu ifadələr anası tərəfindən Suriyaya
qaçırılan 5 yaşlı qızcığazın atasına göndərdiyi mesajdandır. Hadisənin təfərrüatı
eşidənləri dəhşətə salır. Bunun qurbanları isə günahsız iki azyaşlı qızcığaz və
çarəsiz bir atadır.
5 yaşlı Lalə Yusifova Vatsap vasitəsilə
belə bir videonu atasına Suriyadan göndərib. Söhbət Abşeron rayonu Xırdalan şəhərində
yaşayan 39 yaşlı İlqar Yusifovun başına gələn dəhşətli hadisədən gedir.
İlqar Yusifovun sözlərinə görə, əslində
ailəsi üçün həyat normal axarında davam edirmiş. Ta ki, həyat yoldaşı Pərvanə
Əhmədova qonşuluqda yaşayan, özünü dindar bir insan kimi tanıdan qadınla
yaxınlıq edənə kimi. Məhz bundan sonra ailələrində problemlər yaşanıb və bu,
2014-cü ildə ailənin dağılması ilə nəticələnib.
Boşandıqdan bir neçə ay sonra isə Pərvanə
Əhmədova 2 övladı - 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çııxb.
İlqar Yusifov deyir ki, heç bir sənədi
olmayan keçmiş həyat yoldaşı və uşaqları ölkədən qaçaq yolla çıxarılıb. Ata iki
qızından ən son xəbəri isə 3 ay öncə alıb.
Uşaqların İŞİD silahlılarına məxsus
silah-sursatlarla çəkdirdikləri şəkillər övladlarından xəbərsiz atanın
nigaranlığını daha da artırır. Çarəsiz qalan İlqar Yusifov övladlarını necə
geri qaytaracağını da bilmir.
Mövzu ilə bağlı daha ətraflı
videomaterialı təqdim edirik: