header

 İraq: Mosul məsələsində Türkiyəylə razılaşdığımız doğru deyil

İraqlı bir hökumət rəsmisi ABŞ müdafiə naziri Eşton Karterin, "Türkiyə və İraq Mosul əməliyyatı barədə prinsipcə razılaşdı",- açıqlamasının doğru olmadığını deyib.

Adının açıqlanmaması şərtiylə BBC-yə danışan İraqlı bir səlahiyyətli Türkiyənin Mosul əməliyyatına qoşulmasını istəmədiklərini bildirib. Razılıq iddiasının doğru olmadığını və "Mosulun azad edilməsində Türkiyəyə bir rol düşmədiyini" qeyd edən səlahiyyətli bunları deyib:

 

 

"Türkiyədən gözlədiyimiz İŞİD terroruna qarşı müharibədə İraqın yanında olması, İraqın suverenliyini pozmaması, qonşuluq əlaqələrinə hörmət göstərməsi və Mosul və ya başqa bir yerdəki İraq xalqının birliyini təhdid etməməsidir."

 

ABŞ müdafiə naziri Eşton Karter Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım və müdafiə naziri Fikri İşıqla keçirdiyi görüşlərin ardınca jurnalistlərə Türkiyənin, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına qoşulması barədə prinsipcə anlaşıldığını açıqlamışdı. Türkiyənin Mosulun İŞİD-dən xilas edilməsində rol almasının lazımlı olduğunu ifadə edən Karter, lakin bu məsələ ilə bağlı son qərarı İraq rəhbərliyinin razılığından asılı olduğunu bildirmişdi./ İslamazeri

İraqlı bir hökumət rəsmisi ABŞ müdafiə naziri Eşton Karterin, "Türkiyə və İraq Mosul əməliyyatı barədə prinsipcə razılaşdı",- açıqlamasının doğru olmadığını deyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap