Əllamə Təbatəbainin şəhid Mürtəza Mütəhhəri haqda ürək sözləri - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
Əllamə Təbatəbainin şagirdi şəhid Mürtəza Mütəhhəri haqda ürək sözləri
Əllammə Təbatəbai
son əsrlərdə islam fəlsəfəsində ən böyük söz sahibi olduğu kimi Quran təfsirində
də onun əsərləri ən öndə gedənlərdəndir.
Şəhid Mürtəza
Mütəhhəri (1919-1979) də Əllamə Təbatəbai
ilə bir zamanda yaşayıb, yaratmışdır. Əslində bu iki alimin hazırda paralel
olaraq islam dünyasına verdiyi töhfələr , onu həm metiralistlərin, həm deistlərin
həm də sələfilər və digər cərəyanların qarşısında sarsılmaz edir.
Şəhid Mürtəza
Mütəhhərini hazırda islam dünyasının, onun siyasi və ictimai addımlarının
ideoloqu saymaq olar. Mürtəza Mütəhhərinin əsərləri müasir İslam
Respublikasının ideyalarını formalaşdıran və onu ictimaiyyətə təqdim edən şəxsin
əsərləridir.
Əllamə Təbatəbai
Mütəhhərinin şəhid edilməsindən sonra ağlayaraq, onun barəsində ürək sözlərini
belə bölüşüb:
“Onun işi təqva,
insaniyyət və əxlaqi cihad idi. Onun güclü istedadı var idi. Ona dediklərimdən
arxayın idim ki, hədər getməyəcək və it-bat olmayacaq. O mənim dərsimə gələndə
həvəslənirdim. Bilirdim ki, deyəcəklərim hədər getməz.”