İŞİD Mosul sakinlərindən canlı qalxan kimi istifadə etməyə başlayıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
İŞİD Mosul sakinlərindən canlı qalxan kimi istifadə etməyə başlayıb
BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarının İdarəsinin mətbuat katibi Ravina Şamdasani bildirib ki, İŞİD
terrorçuları İraqın Mosul şəhərində 550 ailəni ələ keçirərək, onlardan canlı sipər
kimi istifadə edir.
FaktXəbər-in məlumatına görə, bu barədə
"Reuters" agentliyi yazıb.
Onun sözlərinə görə, terrorçular artıq 40 nəfərini öldürb.
Həmçinin məlumatda qeyd edilir ki,
yerli sakinlərdən düzəldilmiş canlı sipər ordunun irəlləməsində problemlər
yaradıb.
Xatirladaq ki, oktyabrın 17-i İraq
ordusu Mosul şəhərində İŞİD-ə qarşı
irimiqyaslı hücuma başlayıb.