Səudiyyə və misirli alimlər “Məhəmməd Rəsulullah” filminə qadağa qoyub
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
Dünyaca məşhur rejissor Məcid Məcidi, son istehsaledilən Məhəmməd Rəsulullah filmilə bağlı açıqlamalar verib.
Məcid Məcidi, Məhəmməd Rasulullah
adlı sonuncu filminin Səudiyyə Ərəbistanı və Misirdə qadağan olunduğunu
bildirib.
"Məncə, Səudiyyə Ərəbistanı və
Əl-Əzhər alimləri strateji səhv ediblər. Filmi izləmədən hökm verdilər. Gələcəkdə
bu qərarları ilə bağlı səhv etdiklərini anlayacaqlar. Halbuki mən dəfələrlə
müxtəlif müsahibələrdə onlardan filmi izləmələrini və harada necə olursa-olsun
film haqqında danışmaq istədiyimi dedim. Yanaşmayıb hökmlərində qərarlı oldular
və israr etdilər"
Filmdə Həzrət Məhəmmədin (s) uşaqlıq
və gənclik illərini anladan dünya şöhrətli iranlı rejissor, təmsillə bağlı tənqidlərə
cavab verib.
"Başlanğıcda siz Peyğəmbərin(s)
üzünü göstərmişdiniz dedilər. Biz heç vaxt üzünü göstərməmişdik ancaq Peyğəmbəri(s)
fiziki olaraq arxasından göstərdik. Təbii ki, filmdə, sadəcə Peyğəmbərin(s)
uşaqlığı və yetkinlik dövrü var. Bu cavabımızı eşidəndə , "Xeyr, Peyğəmbər(s)
fiziki cəhətdən də göstərilə bilməz dedilər. Onların sözləri əslində dini əsaslara
uyğun gəlmir. Heç bir yerdə və heç bir mənbədə Peyğəmbərin(s) üzünün göstərilməsi
və onun fiziki qamətinin göstərilməsi qadağan olunmayıb. Şübhəsiz, bu bəhanə və
səbəblər siyasidir. Və dini əsasa görə formalaşmamışdır".
Məcidi, qadağa ilə əlaqədar olaraq
Mustafa Akkadın məşhur "Çağırış" filmini misal çəkib: "Qarşıdakı
illərdə bu filmi müsəlmanlar və qeyri-müsəlmanlar izləyəcəklər. Səudiyyə Ərəbistanı
və Əl-Əzhər alimlərinin qarşısında böyük bir sual var. Keçmişdə Mustafa Akkadın
"Çağırış" filmi qadağan olunmuşdu. İki ilə qədər göstərilmədi. Daha
sonra həm müsəlmanlar filmi sevmiş, həm də Qərbdə göstərilmişdi".