header

 Ərdəbil ostanı ilə Azərbaycan R. arasında ticarət əlaqələrinin genişlənməsinə zəmin yaradılır

İranın Ərdəbil ostanının nümayəndə heyəti Azərbaycan Respublikasına səfərinin sonuncu günündə bu ölkənin naziri ilə görüşərək, onlarla ikitərəfli həmkarlıqların inkişaf sahələrini araşdırıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Ərdəbil ostanının nümayəndə heyətinə başçılıq edərək, Azərbaycan Respublikasına səfər etmiş Ərdəbil ostandarı Məcid Xodabəxş dünən Azərbaycan Respublikasına səfərinin dördüncü və sonuncu günündə bu respublikanın kənd təsərrüfatı naziri, eləcə də fövqəladə hallar naziri ilə görüşüb.

 

Ərdəbil ostandarı Məcid Xodabəxş bu səfərin sonunda Bakıda müxbirlərə verdiyi müsahibədə iki ölkə prezidentlərinin ikitərəfli əlaqələri yüksək səviyyədə genişləndirmək üzrə əzmkarlıqlarına işarə edərək, İranın Ərdəbil ostanı ilə Azərbaycan Respublikası arasında 370 kilometrlik müştərək sərhədin olmasına və hər gün Bləsuvar sərhədindən min nəfərin gediş-gəliş etməsinə görə, Ərdəbil ostanının bu əlaqələrin inkişafındakı rolunu təsirli adlandırıb.

 

Ərdəbil ostandarı ötən bir neçə ay ərzində Azərbaycan Respublikasına əmtəə mal ixracatı həcmini 57 milyard dollar elan və belə əlavə edib: Siyasi əlaqələrin genişləndirilməsi kənarında iqtisadi əlaqələr də artırılmalıdır.

 

O, İranın Ərdəbil ostanının turizm mahiyyətli olmasına əsasən, bu ostanda beş ulduzlu bir otelin inşası istiqamətində lazımi araşdırmaların aparılması üçün Azərbaycan Respublikasından bir qrupun həmin ostana səfər etməsinin qərara alındığını bildirib.

İranın Ərdəbil ostanının nümayəndə heyəti Azərbaycan Respublikasına səfərinin sonuncu günündə bu ölkənin naziri ilə görüşərək, onlarla ikitərəfli həmkarlıqların inkişaf sahələrini araşdırıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap