İŞİD başçıları Mosuldan Suriyaya tərəf qaçmağa başladı: Rusiya sərt münasibət bildirdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
Rusiyanın Baş Qərrargah rəisi: "Terrorçuları bir yerdən digər bir yerə qovmaq lazım deyil."
"Al
Mayadeen" telekanalına istinadən, İŞİD terror təşkilatı silahlıları Mosul
şəhərini tərk etməyə başlayıblar. Terror təşkilatının azı 100 başçısı Suriyaya
yola düşüb.
Mosuldan qaçmış
İŞİD başçılarından ibarət dəstə Suriya sərhədinə doğru hərəkət edir.
İraq HHQ-sinə məxsus
təyyarələr Mosuldan qərbdəki hava məkanında uçmağa davam edirlər.
Ötən gün Rusiya
Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeriy Gerasimov
terrorçuların Mosuldan qaçma ehtimalını şərh edərək bildirib ki, Rusiya Beynəlxalq
Koalisiyanın "İŞİD-in rahat şəkildə yer dəyişən dəstələrinin nəticələrinin"
necə olduğunu anlayacağına ümid edir. Onun sözlərinə görə "terrorçuları
bir yerdən digər bir yerə qovmaq lazım deyil, onların yerindəcə məhv etmək
lazımdır".
Xatırladaq ki,
Suriya ordusu ABŞ-ı İŞİD-ə Mosulu tərk etmək üçün dəhliz təqdim etməkdə ittiham
edib. General Gerasimov çərşənbə axşamı günü qeyd etmişdi ki, Rusiya İŞİD
terrorçularının İraqdan Suriyaya qaçacağı halda hərbi və siyasi qərarların qəbul
edilməsinə hazırdır./ İslaminSesi