Düşmənlərin əsas məqsədi İranda elmi hərəkətin dayandırılmasıdır- FOTO
Posted on : iran 10/16/2017 1:00:16 PM
Ali Rəhbər qloballaşma mövzusu və Amerika və Avropanın İranı dünyaya inteqrasiyaya çağırmalarının asılılıq mədəniyyətinin yenidən istehsalının bariz nümunəsi olduğunu bildirib
Ali Rəhbər Ayətullah
Xamenei bu gün elmi istedadlarla görüşündə xatırladıb: "Qərbin dünyaya
inteqrasiya adlandırdığı cərəyana qoşulmaqla müxalifət, xaric ilə əlaqələrə
qarşı çıxmaq demək deyil, əslində bu supergüclərin ölkənin siyasəti,
iqtisadiyyatı və təhlükəsizliyinə qəbul etdirmək istədiyi mədəniyyət qarşısında
müqavimətdir".
Ayətullah Xamenei şeytani güclərin hər hansı
müxalif hərəkətə düşmən olduqlarını bildirərək xatırladıb: "Bir Amerika rəsmisinin,
müqaviməti dəstəkləməsinə görə İrana qarşı sanksiyaların davam etdirilməsi təklifi,
Amerikaya olan bədbinliyin reallığıdır".
Ali Rəhbər,
Avropa Birliyinin İranın böyük potensiallarına toxunan son bəyanatını
xatırladaraq deyib: "İranın tərəqqi imkanları, təbii və insani resursları
barədə deyilənlər boş sözlər deyil, bunlar Qərbin də etiraf etdiyi
reallıqlardır".
Ayətullah Xamenei
söhbətinin davamında təkidlə bunu bildirib ki, amerikanlar mütləq belə bir tərəqqi
imkanı və İslam təməlli hökuməti olan İranla mübarizə edəcək və bu önəmli cəhətin
gənc istedadlar tərəfindən dərk və təhlil edilməsi onların üzərinə düşən tarixi
vəzifələrini yerinə yetirməkdə yardımçı olacaq".
Ayətullah
Xamenei bəşəriyyətin bu gün düçar olduğu müsibətlər və problemlərə, maddi
düşüncələrin dalana dirənməsinə toxunaraq, dünyanın bəşəri və beynəlxalq məsələlərdə
yeni bir ideyaya ehtiyaclı olduğunu vurğulayaraq bildirib: "ABŞ-da seçki rəqabətləri
və prezidentliyə iki namzəd arasında gedən deyişmələrdə əksini tapan mövzular
güc sahiblərində mənəvi və iman boşluğunun aşkar nümunəsidir".
Ali Rəhbər həmçinin
bunu xatırladıb: "Qarşıdakı həftələrdə bu namizədlərdən biri gücə, sərvətə,
atom silahlarına və dünyanın ən iri medialarına malik olan bir ölkənin
prezidenti olacaq".
Ayətullah
Xamenei dövlət rəsmilərinin gənc istedadlara xüsusi diqqət ayırmasının
vacibliyinin səbəblərini açıqlayaraq, bunu İslam Respublikasının qarşısında
duran böyük məqsədlər sırasında duran məsələlərdən adlandırıb və deyib:
"İran İslam Respublikası inkişaf etmiş, güclü, şərəfli, yeni idealı, izzətli,
izzət hissinə malik, mənəviyyət və imanla aşıb daşan, yeni İslam sivilizasiyası
bayrağını ucaldan ölkəyə çevrilməlidir".
Ayətullah
Xamenei İranda elmi hərəkətin dayandırılmasını düşmənlərin əsas məqsədi
adlandırıb və bildirib: "Bu məqsədi reallaşdırmaqda nakam qalarlarsa, onu
yolundan yayındırmağa cəhd göstərəcəklər, bu da alınmazsa onu bədnam etmək və ləkələmək
üzərində işləyəcəklər".
Ali Rəhbər beynəlxalq
mərkəzlərin hesabatlarına istinadla İranın elmi inkişafının müəyyən bir dövrdə
dünyanın orta göstəricisindən 13 dəfə çox olduğunu və bu sahədə sürətin
azalmaması, əksinə daha da artmalı olduğunu vurğulayıb.
Ayətullah
Xamenei həmçinin gənc istedadları Allahın dəyərli hədiyyələri və dövlət rəsmiləri
üçün əmanəti adlandıraraq elmi camiə və
istedadları müdafiəsindən bir an belə əsirgəməyəcəklərini bildirib. /Maide