İraq ordusu Mosulda neft quyularını öz nəzarətinə keçirib
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
İraqın Neft Nazirliyinin rəsmiləri IŞİD ilə döyüşlərdə İraq ordusunun Mosula gedən yol boyunca 100 qədər neft quyusunu terror təşkilatının işğalından geri aldığını bildirib
Neft
Nazirliyinin rəsmiləri Nəcmədə 10, əl-Qiyara şəhərində 90 neft quyusunun terror
təşkilatının işğalından azad edildiyini qeyd edib.
Rəsmilər, neft
quyularının "İŞİD" tərəfindən istismar edilərək Şimal Neft Şirkəti tərəfindən
ixrac edildiyini və ciddi gəlir əldə etdiyini bildiriblər.
Məlumata əsasən
terror təşkilatı neft quyularının İraq ordusunun əlinə keçməməsi üçün əraziyə
minalar yerləşdirib, lakin minalar mütəxəssislər tərəfindən zırırsizləşdirilib./islaminsesi