“Rusiyanın Suriyadakı müharibənin həlli ilə bağlı yanaşması özünü doğruldub” - İlham Əliyev
Posted on : qafqaz 10/16/2017 1:00:16 PM
"Təəssüf ki, bu gün belə bir birləşməni görmürük və bu halda Rusiya tərəfinin bəyan etdiyi “ekstremistlər, terrorçular və radikallara qarşı səyləri birləşdirmək lazımdır” yanaşmasını tam özünü doğrultmuş hesab edirəm".
“Terrorizmə
yalnız bütün dünya ictimaiyyətinin, aparıcı dövlətlərin birləşəcəyi halda qalib
gəlmək olar”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın
“Sputnik” agentliyinə müsahibəsində deyib.
O hesab edir ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş müharibəsinin həlli ilə
bağlı yanaşması tamamilə özünü doğruldub:"Təəssüf ki, bu gün belə
bir birləşməni görmürük və bu halda Rusiya tərəfinin bəyan etdiyi “ekstremistlər,
terrorçular və radikallara qarşı səyləri birləşdirmək lazımdır” yanaşmasını tam
özünü doğrultmuş hesab edirəm. Terrorçuları yaxşı və pislərə bölmək düzgün
deyil. Gec-tez bu bumeranq kimi qayıdacaq, tarix dəfələrlə bunu sübut edib.
Lakin hələlik bu istiqamətdə konsensusu görmürük, bu isə böyük narahatlıq
doğurur".
Dövlət başçısı qeyd edib ki, hazırda Suriyadakı vəziyyət eskalasiyaya* doğru
gedir. O ümidvar olduğunu bildirib ki, Suriya üzrə danışıqlar nəticə verəcək: "Lakin
əsas odur ki, Suriya vahid dövlət kimi qalmalıdır. Onun ərazi bütövlüyü təmin
olunmalıdır. İkincisi, Suriya xalqı taleyini özü müəyyənləşdirməlidir. Bax, bu
iki sadə tezisdir. Bildiyim qədər bu tezislər sizə də yaxındır. Bunu tam
bölüşürük. Məsələni məhz bu kontekstdə həll etmək lazımdır. Halbuki, gördüyümüz
kimi problemin həlli aylar ötdükcə, daha da çətinləşir”, - deyə Əliyev
vurğulayıb. / İslamazeri
*eskalasiya -
Bir hadisə və ya prosesin tədricən artması, güclənməsi və genişlənərək
yayılması; məs.: silahlanma, hərbi təcavüz və s. Eskalasiyanın güclənməsi....