Yəmənlilər səud təcavüzkarlarını ağır atəşlərə tutublar
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
Yəmənin ordu və xalq komitələri qüvvələri səud hərbçilərinin toplaşma mərkəzlərinə 40 ədəd raket atıblar.
Mehr xəbər
agentliyinin Ələhd-ə istinadlı məlumatına görə, Yəmənin ordu və xalq komitələri
qüvvələrinin raket bölməsi dünən Nəcranda yerləşən Əlxəzra keçidində səud
ordusunun toplaşma mərkəzlərinə 40 ədəd raket atıb. Nəticədə bir qrup səud hərbçi
ölüb və yaralanıbdır.
Bu raket
hücumlarında səudların bir çox hərbi təchizatı məhv edilib.
Yəmənli qüvvələr
habelə Nəcranda yerləşən Əlzur məktəbi məntəqəsində səud ordusunun mövqelərinə
bir neçə katyuşa raketi atıblar.
Yəmənin ordu və
xalq komitələri qüvvələri Qaviyyə, Əlkurs və Əlməhruq məntəqələrində səud
ordusunun toplaşma mərkəzlərini mərmi hücumlarına məruz qoyublar. Nəticədə
muzdurlara insan qüvvəsi və texnika baxımından böyük xəsarətlər dəyib.
Digər tərəfdən,
səud qırıcıları öz hücumlarının davamında Həccə vilayətindəki Hirz məntəqəsini
bombalayıblar.
Həmçinin səud
muzdurları Marəb vilayətinin Sərvah məntəqəsində Yəmən vətəndaşlarının mənzillərini
mərmi hücumları hədəfinə çeviriblər.