header

 İraq könüllüləri komandirindən Türkiyə hökumətinə cavab – VİDEO

"İŞİD türkmənlərin namusuna təcavüz etdiyində, uşaqlarını və gəlinlərini əsir götürdüyündə, Türkiyə hardaydı?"

Artıq bir neçə gündür ki, İraqda Mosul əməliyyatlarına başlanılıb. Artıq ilkin qələbələr də var, ilkin məlumatlara görə, 11 kənd İŞİD-in işğalından azad olunub. Ancaq Mosul əməliyyatı Türkiyənin ittihamları ilə də yadda qaldı. Rəsmi Ankara şiə könüllülərinin əməliyyatda iştirak etməsinə qarşı çıxıb. Eyni zamanda Türkiyə ordusunun da bu əməliyyata qatılmasını tələb edib. Ancaq mərkəzi İraq hökuməti Türkiyə ordusunun Mosul əməliyyatına qarşı çıxıb. Nəticədə Türkiyə ordusu birbaşa Mosul əməliyyatına qatılmayıb. Prezident R.T.Ərdoğan da çıxışında Mosulun azad edilməsi əməliyyatında şiə könüllülərinin (Həşdi əl-Şabi) qüvvələrinin iştirak etməsinə qarşı olduqlarını bildirib.

 

FaktXeber.com-un verdiyi məlumata görə, Haşdi Əl-Şabinin (şiə könüllü dəstələrinin) 16-cı türkmən tuqayının komandiri bununla əlaqədar olaraq Türkiyə hökumətinə səslənib.


 

 


O ilk öncə Türkiyə xalqının şərəfli, gözəl bir millət olduğunu vurğulayıb: "Biz də türk millətinin bir parçasıyıq və bununla fəxr edirik."

 

Bununla belə, komandir  Ankara hökuməti ilə prorblemləri olduğunu deyib: "İŞİD İraqa girəndə Ərdoğan hardaydı? Bu Türkiyə hökuməti deyildimi ki, İŞİD 500 min əhalisi olan Təlafirə girəndə, neçə-neçə türkmən kəndlərini ələ keçirəndə, bu hökumət tək bir tənqid bəyanatı belə yayınlamamışdı. O vaxt hardaydılar? Niyə bu qədər gözlədilər? Təlafirdə qətledilənlər türkmənlər deyildi? İndi biz kərkük türkmənləri olaraq bir birlik yaratmışıq, gəlib buna kömək etmələrimi lazımdır, yoxsa qarşısına keçib Mosulu bəhanə etmələrimi?"

 

Komandir bildirib ki, artıq tükmənlərin gücü var və onlar bütün ölkəni müdafiə edəcəklər: "Bu, bizim ən təbii haqqımızdır. Biz həmin vaxt bütün qonşularımızdan kömək istədik. Bütün dünyaya yardım fəryadları göndərdik: "Gəlin bizə yardım edin, evimizə atəş düşüb", - deyə nalə çəkdik. O gün o atəşi söndürməyən, bu gün o atəşi iraqlıların  söndürməyə başladığını görən Türkiyə indimi bizə sahib çıxacaq? Onlar həqiqətdə türkmənlərimi müdafiə edəcək? Bu qardaşı müdafiə etmək deyil. Biz əskəri birliyin adını  türkmən gücü qoymuşuqsa, ilk olaraq  Türkiyənin bizə kömək etməsi lazım idi. Çünki türkmənlərin  heç gücü yox idi. Türkmənlər heç vaxt belə  imkana qovuşmamışdır. Bu Allahın böyük bir neməti idi ki, son iki il içində  türkmənlər böyük gücə qovuşdular. Sadəcə türkmənlər deyil, digər millətləri də, bütün İraqı  müdafiə edə biləcək hala gəlib. Bu müddətdə Türkiyənin bizə heç bir dəstəyi olmadı, əksinə qarşı qrupları da dəstəklədilər. 500 min nəfərlik bir türkmən şəhəri , hansı ki, özü də Türkiyəyə çox yaxındır, Ankara ora çox rahatlıqla kömək edə bilərdi, bunu etmədi. İŞİD ora girərkən, türkmənlərin namusuna təcavüz etdiyində, uşaqlarını və gəlinlərini əsir götürdüyündə, Türkiyə hardaydı? İŞİD türkmən ellərini  viran edib, xarabalığa çevirdi. Türkiyə o torpaqları türkmən olaraq görmürmü? Eyni halda biz Kərkükdə bu qədər  təşkilat yaratdıq. Ankara bizi görməzdən gəldi. Biz onlardan bir şey istəmirdik, ən azından təbrik etmələri kifayət idi. İllər böoyu biz çox mhdud imkanlarla İŞİD-ə qarşı dirənə bildik. Bu gün artıq dünənə bənzəmir. Bugün bir çox nöqtələrdə  döyüşə biləcək gücdəyik".

 

"İraqda Kərbəla hadisəsinin təkrarlanmasına izn verməyəcəyik", - deyə 16-cı türkmən tuqayının komandiri sözlərini yekunlaşdırıb.

"İŞİD türkmənlərin namusuna təcavüz etdiyində, uşaqlarını və gəlinlərini əsir götürdüyündə, Türkiyə hardaydı?"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap