Səudiyyə Yəməndə 9 yüzə yaxın insanın ölməsi və yaralanması cinayətini etiraf etdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
Səudiyyə Ərəbistanının müdafiə naziri və şahzadəsi olan Məhəmməd ibn Salmanın köməkçisi olan Əhməd Əsiri cinayət törətdiklərini etiraf edib
Yəmənə hücum edən koalisiya qüvvələrinin mətbuat
katibi Əhməd Əsiri paytaxt Sənada 9 yüzə yaxın insanın ölümünə və yaralanmasına
səbəb olan qətliam barədə açıqlama verib.
Səudiyyə Ərəbistanının müdafiə naziri və şahzadəsi
olan Məhəmməd ibn Salmanın köməkçisi olan Əhməd Əsiri cinayət törətdiklərini
etiraf edib.
"Səudiyyə ərəb koalisiyasının araşdırma
nəticələrini qəbul edəcək cəsarətə sahibdir. Ən vacibi koalisiyanın prinsipi
olmayan belə bir səhvin bir də təkrarlanmayacağıdır. Hərbi əməliyyatların
istiqamətini dəyişəcək yeni yollar axtarırıq. Bizim məqsədimiz Yəmən xalqına
xidmət etməkdir. Biz bu hadisəyə görə çox narahatıq. Çünki koalisiyanın ən
böyük məqsədi Yəməndə təhlükəsizliyi və sabitliyi təmin etməkdir", deyə Əhməd Əsiri vurğulayıb.
"Ənsarullah" hərəkatından verilən
açıqlamada isə diqqətə çatdırılıb ki, koalisiya qüvvələri və Səudiyyə
Ərəbistanı törətdiyi cinayəti pərdələmək üçün belə yalan sözlərdən istifadə
edir. /eastnews