Ərəbistanın Yəmənə il yarım təcavüzü nəticəsində 4 min dinc sakin həlak olub
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Yəməndə il yarım ərzində demək olar ki, 4 min dinc sakin ölkədəki münaqişənin qurbanı olub.
"RİA
Novosti" xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə Ali
Komissarı İdarəsinin mətbuat katibi Sesil Puyi bildirib. O, qeyd edib ki,
2015-ci ilin 26 martından 2016-cı ilin 22 sentyabrına qədər müddətdə Ərəbistan
bu ölkədə 3980 mülki sakini öldürüb. Həmçinin təcavüz nəticəsində 6909 nəfər
yaralanıb.
Sesil Puyi qeyd
edib ki, təkcə avqustda bu ölkədə 180 nəfər Ərəbistan tərəfindən öldürülüb, 268
nəfər yaralanıb.