header

 Peyğəmbər ənənəsində imam Hüseyn əleyhissalam əzadarlığı sünni qaynaqlarında (1_ci hissə)

Peyğəmbər ənənəsində imam Hüseyn əleyhissalam əzadarlığı sünni qaynaqlarında (1_ci hissə)

Tashaio.com xəbər verir ki, Peyğəmbərin imam Hüseyn əleyhissalama həddən ziyadə məhəbbət və hörməti bir çoxlarını heyrətə salmışdır. Onlar daima özlərinə belə bir sual verirlər ki, niyə Peyğəbər camaatın gözü qarşısında öz nəvəsini həddindən artıq öpür, bağrına basır və sığallayırdı? Görəsən bu davranış məhz atifi xarakter daşıyırdı və bir baba kimi öz hissiyyatını nümayiş etdirirdi? Yoxsa bu nümayişin arxasında nəsə bir məqsəd vardı? Bu sualın cavabını Allah Peyğəmbərinin peyğəmbər ənənəsi adlanan davranışından və əməllərindən almaq olar.

 

Allahın peyğəmbəri oğlu Hüseynin təvəllüdünün ilk günlərində ağlayırdı.

Müstədrəkül-Səhiheyn, İbn-Əsakir tarixi, Məqtəl-Xarəzmi və digər əsərlərdə Ümmül-Fəzl bintül-Harisdən belə nəql olunmuşdur: Haris qızı Ümmülfəzl Peyğəmbərin qulluğuna yetişərək dedi: Ey Allahın peyğəmbəri çox pis yuxu gördüm. Nə gördün? Deyə həzrət soruşdu. O, cavab verdi: pis yuxu idi. Sanki bədəninin bir hissəsini ayırıb mənim qucağıma qoydun. Peyğəmbər (s), xeyirdir, inşalla Fatimə bir uşaq dünyaya gətirəcək və sənin qucağına quyacaq, dedi. Bir müddətdən sonra Fatimə Hüseyni dünyaya gətirdi və Peyğəmbərin dediyi kimi mənim qucağıma verdilər. Nəhayət bir gün Peyğəmbərin qulluğuna yetişib Hseyni onun qucağına verdim. Həzrət, mənə mərhəmət göstərdi və gözləri yaşla doldu. Ey Allahın peyğəmbəri, atam, anam sənə qurban, sənə nə oldu? Həzrət dedi: Cəbrail əleyhissalat vəssalam gəlib xəbər verdi ki, çox keçmədən ümmətim bu oğlumu öldürər. Elə bu Hüseynimi? deyə soruşdum. Dedi: elədir. Bu da Kərbəla diyarının türbəti. Hakim bu hədisi nəql etdikdən sonra deyir: bu hədisi iki şeyx (Buxari və Müslim) təsdiq edir. Lakin o iki nəfər o rəvayətləri yazmamışlar (müstədrəküssəhiheyn, cild 3, səhi. 176, xülasəsi 179-cu səhifədə- Şam tarixi, imam Hüseyn (ə) haqqında: səh. 183, rəqəm 232- məcməüzzəvaid, cild 9, səh. 179- Xarəzmi məqtəli, cild 1, səh. 159 və digər ifadə ilə, səh. 162- İbni-Kəsirin tarixi, cild 6, səh. 230, cild 8, səh. 199-da da işarə edilmişdir. Əmali Əl-Səcəri, səh. 184. Həm də bax, İbni-Səbbağ Maliki, Əl-füsulülmühimmə, səh 154- Əlrovzün-Nəzir, cild 1, səh. 89- Əl-Səvaiq, səh. 115- Kənzül-ümmal, qədim çap, cild 6, səh. 223- Əl-Xəsaisülkübra, cild 2).

Peyğəmbər ənənəsində imam Hüseyn əleyhissalam əzadarlığı sünni qaynaqlarında (1_ci hissə)
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap