header

 Suriya ordusu Hələbin azad edilməsi üçün yeni əməliyyata başladı

Suriyanın Müdafiə Nazirliyi bu ölkə ordusunun Hələbi terrorçuların işğalından azad etmək üçün yeni əməliyyata başlamasından xəbər verib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriyanın Müdafiə Nazirliyi cümə günü Hələb şəhərində terrorçular əleyhinə əməliyyatın başlanmasından sonra şəhər sakinlərindən terrorçuların mövqelərinə yaxınlaşmamalarını istəyib.

 

Suriya ordusunun hərbi əməliyyat komandanlığı da bildirib ki, Hələb sakinlərinin istəklərinin təmin edilməsi üçün bir sıra asanlaşdırıcı tədbirlər nəzərdə tutulub.

 

Bu arada suriya ordusunun qırıcı təyyarələri Hələbdə terrorçuların mövqelərini artıq iki gündür ki, intensiv qaydada bombalayırlar.

 

Terrorçuların tələfatı ilə bağlı hələ ki, heç bir məlumat daxil olmayıb.

 

Hələb şəhərində olan terrorçular isə hazırda Suriya ordusunun tam mühasirəsindədir.

Suriyanın Müdafiə Nazirliyi bu ölkə ordusunun Hələbi terrorçuların işğalından azad etmək üçün yeni əməliyyata başlamasından xəbər verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap