header

 Mina faciəsi Ali-Səud üçün əbədi bir rüsvayçılıqdır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mina faciəsini Ali-Səud rejimi üçün əbədi rüsvayçılıq adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Əli Şəmxani cümə axşamı Tehranda deyib: Mina Faciəsi və Allah evi zəvvarlarından onlarla nəfərin vəhy diyarında şəhid olması heç vaxt unudulmayacaq bir rüsvayçılıqdır.

 

Şəmxani əlavə edib: Ərəbistan dövlətinin rəftarı və hadisə qurbanlarının ailələrindən üzr istəməməsi, faciəyə səbəb olanların kimliyinin müəyyən edilməsi və cəzalandırılmasına əhəmiyyət göstərməməsi hakim dairənin bu faciədə rolu barədə şübhələri artırmış olur.

 

İnqilab Rəhbərinin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi həmçinin, Qərbin Ərəbistan rejimini hərtərəfli formada dəstəkləməsini və insan faciələri ilə qarşılaşdıqda ikili rəftar etməsini Ali-Səudun cinayətlərinin artmasına səbəb olan amil adlandırıb.

 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: Yəmən, Suriya və İraqda törədilən cinayətlər və müsəlman qırğınlarının arxasında Ali-Səud dayanır. Ali-Səud Qərb və İsrailin regiondakı strateji şəriki və müttəfiqi olduğu üçün bu rejimin cinayətlərinə göz yumulur. Bu isə ABŞ və Qərbin insan haqları ilə bağlı bütün iddialarının yalan olduğunu ortaya qoyur.

 

464-ü iranlı olmaqla minlərlə zəvvar 24 sentyabr 2015-ci ildə Minada həcc mərasimi zamanı Ali-Səud rejiminin səhlənkarlığı və ləyaqətsizliyi üzündən həyatını itirdi.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mina faciəsini Ali-Səud rejimi üçün əbədi rüsvayçılıq adlandırıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap