Seyid Elman Ağazadənin həbs müddəti artırılıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Nəsimi rayon məhkəməsi istintaq müddətinin uzadılmasına qərar verib.
Bu barədə
İslamazeri.az-a vəkil Akif Əliyev məlumat verib. Nəsimi rayon məhkəməsi seyid
Elman Ağayevin həbs müddətinin dekabr ayının 26-a qədər. Məhkəmədə Seyid Elman
Ağayevin özü də iştirak edib.
Səhhəti ilə
bağlı isə vəkili bildirib ki, bir neçə analiz götürülüb. Bu gün USM-ə
aparılmalıdır. Nevropataloq gəlməlidir yanına.
Xatırladaq ki,
ötən ilin noyabr ayının 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı “Müsəlman
Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov və çox sayda kənd sakini saxlanılıb.
Eyni ərəfədə də Bakı, Lənkəran və Gəncə şəhərlərində də əməliyyatlar keçirilərək
çox sayda dindar və ruhani saxlanılıb. Lənkəranda təşkil olunan əməliyyat
zamanı ilahiyyatçı seyid Elman Ağayev , Bakıda keçirilən əməliyyat zamanı
ilahiyyatçı, Quran elmləri üzrə mütəxəssis Zülfüqar Mikayılzadə saxlanılıb.
Saxlanılan şəxslərin
cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində
Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.