header

 İraq Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin bəyanatına reaksiya verib

İraq Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanat verərək Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının bəyanatına reaksiya verib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İraq Xarici İşlər Nazirliyi bu bəyanatda Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri iclasının bəyanatının könüllü qüvvələr barəsindəki bəzi müddəalarını sərt tənqid edərək İraqın xalq qüvvələri olmadığı halda İŞİD-in bu ölkələrə daxil olması barədə xəbərdarlıq edib.

 

Bu bəyanatda bildirilir: Fars Körfəzi Əməkdaşlıq Şurasının bəyanatı İraq barəsində şişirtmələrdən ibarətdir və İraqın daxili proseslərinə real baxışın olmadığını və məntiq və reallıqdan uzaq olduğunu göstərir.

 

İraq XİN bildirib: Əgər könüllü qüvvələr olmasaydı, bütün İŞİD terrorçuları terrorizmə qarşı könüllü qüvvələrin şücaətini inkar edən bir çox ölkənin ərazisində idilər. Bu ölkələr xalq qüvvələri tərkibində İŞİD əleyhinə döyüşən çoxlu sayda İraq vətəndaşının şücaətini görməməzliyə vururlar.

İraq Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanat verərək Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının bəyanatına reaksiya verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap