header

 Ruhani: Nüvə anlaşması beynəlxalq səhnədə ixtilaf yerinə əməkdaşlıq simvoludur

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramını beynəlxalq səhnədə ixtilaf yerinə dialoq və əməkdaşlıq simvolu adlandırıb.

İran Prezident Aparatı İnformasiya portalının məlumatına görə, Həsən Ruhani çərşənbə günü BMT Baş Assambleyasının 71-ci iclasının kənarında BMT baş katibi Ban Ki Munla görüşüb.

 

Görüşdə İran prezidenti deyib: Hamının, xüsusilə bu təşkilatın katibliyinin vəzifəsi, nüvə anlaşmasının qorunması və gücləndirilməsidir. Bu məsələ baş katibin 2231 saylı qətnamənin icra prosesində baş katibin hesabatlarının real, müstəqil olmasını və əməkdaşlıqların güclənməsinə səbəb olmasını tələb edir.

 

Ruhani sözlərinin digər bir hissəsində Yaxın Şərqin önəmli məsələləri, xüsusilə də Suriya və Yəmən məsələlərinə toxunub və deyib: Yəməndə hərbi hücumların davam etməsi və müharibə cinayətlərinin törədilməsi çox nigaranedicidir. Və beynəlxalq konvensiyalar davamlı şəkildə pozulur.

 

Ruhani əlavə edib: Yəmən xalqına qarşı müharibə əsassız və bütün qaydalara zidd olaraq başlanıb. Uşaq və qadınların bombardman edilməsi ilə davam edib. Beynəlxalq təşkilatların əksəriyyəti təsdiqləyir ki, burada müharibə cinayətləri törədilib.

 

İran prezidenti Suriya məsələsində Tehranın konstruktiv rolun davam etdirilməsinə hazır olduğunu bildirərək deyib: Terrorizmlə mübarizə prosesində əsas məsələ ölkəklərin hakimiyyəti və ərazi bütövlüyünün qorunmasıdır və hazırkı şəraitdə insani məsələlər Suriyada prioritetlərin başında durur.

 

Ban Ki Mun da bu görüşdə Surya və Yəmən böhranları üçün davamlı həll yolunun tapılmasının vacibliyini vurğulayıb və bu böhranların həlli istiqamətində İran İslam Respublikasının əlavə dəstəklərini istəyib.     

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramını beynəlxalq səhnədə ixtilaf yerinə dialoq və əməkdaşlıq simvolu adlandırıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap