header

 İran-Azərbaycan birgə ticarət forumu

İran və Azərbaycan iş adamlarının iştirakı ilə Bakıda iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası və müştərək sərmayə qoyuluşları barədə forum keçirilib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Bakıda 2-ci ixtisaslaşdırılmış İran sərgisinin keçirilməsi ilə bir zamanda baş tutan bu forumda iki ölkənin özəl sektor fəalları neft və qaz, neft-kimya, tikinti, enerji, su və elektrik enerjisi, texniki-mühəndislik xidmətləri üzrə əməkdaşlıq  yollarını araşdırıblar.

 

İranın sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərqini bu barədə deyib: İki ölkə arasında əldə edilmiş anlaşmaya əsasən iqtisadi əlaqələrin genişləndirilməsi üçün özəl sektora əlavə dəstək və güzəştlər nəzərdə tutulub.

 

Azərbaycanın İxracat və İnvestisiyanın İnkişafı Birliyinin sədri Rüfət Məmmədov da bu forumda cari ilin ilk 7 ayında İran və Azərbaycan arasındakı ticarət mübadiləsinin həcminin 70% artmasına işarə edib və deyib: Birgə iqtisadiyyat komissiyalarının fəaliyyəti nəticəsində iki ölkənin ticarət əlaqələri genişlənməkdədir.

İran və Azərbaycan iş adamlarının iştirakı ilə Bakıda iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası və müştərək sərmayə qoyuluşları barədə forum keçirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap