header

 İranda hərbi parad keçirilir -VİDEO

İranda "Müqəddəs Müdafiə" həftəsi münasibətilə bu gün hərbi parad keçirilir.

Hərbi parad İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir.

Məlumatda bildirilir ki, paradın keçirilməsində məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsidir.

 

Parad, paytaxt Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində də təşkil olunur.

 

Qeyd olunur ki, parad Tehranda İslam İnqilabının banisi Ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunur. Paradı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi , yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşşeləri izləyir.

 

Paradda İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunur.

 

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs Müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

 

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

 


İranda "Müqəddəs Müdafiə" həftəsi münasibətilə bu gün hərbi parad keçirilir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap