header

 AİP Qədir-Xum günü ilə bağlı bayram tədbiri keçirib - FOTOLAR

AİP Qədir-Xum günü ilə bağlı bayram tədbiri keçirib - FOTOLAR

Azərbaycan İslam Partiyası islam dünyasının ən böyük və müqəddəs bayramı olan Qədir-Xum günü münasibəti ilə “Vəhdət Vadisi Qədir-Xum” adlı elmi-praktiki konfrans keçirib. Maide.Az xəbər verir ki, konfransda ruhani alimlər, Əhli-beyt məddahları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbir Allah kəlamı olan Qurani Kərimin tilavət olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Tədbiri Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini, ilahiyyatçı alim Emil Rahiloğlu açaraq konfrans iştirakçılarını və təşrif buyuran qonaqları salamlayıb. AİP lideri, həbsdə olan ilahiyyatçı alim doktor Mövsüm Səmədovun salamını hər kəsə çatdırıb.

 

 

 

Daha sonra çıxış üçün söz AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevə verilib. AİP-in sədr əvəzi qonaqları salamlayaraq, konfransda iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirib. Bayram münasibəti ilə dünya müsəlmanlarını, xüsusilə də Azərbaycan xalqını təbrik edib. O, Qədir-Xum gününün fəziləti, fəlsəfəsi və islam ümməti üçün nə kimi mühüm əhəmiyyətə malik olması haqqında geniş fikirlər səsləndirib.
AİP Qədir-Xum günü ilə bağlı bayram tədbiri keçirir

 

İlahiyyatçı alim bildirib ki, bu gözəl və əzəmətli günün böyüklüyünü dərk etmək üçün Allah kəlamına diqqət etmək kifayətdir. Allah bu günün əzəməti haqqında bəyan edir:

 

“Bu elə bir gündür ki, bütün küfr aləmi sizin dininizdən məyus olar. Onlar İslam peyğəmbərinin(s) vəfatından sonra, öz çirkin hədəflərinə nail ola biləcəklərini düşünürdülər. Allah bu günün sayəsində onların ümidlərini puç etdi. Dinin əleyhinə olanlar məhz bu gün məyus oldular”. Allah buyurur: “ Bu gün mən öz dinimi kamilləşdirdim və nemətimi tamamladım”.

 

Çıxışına davam edən ilahiyyatçı alim bildirib ki, Həzrəti Əli(ə) peyğəmbərdən sonra ikinci və yeganə şəxsiyyət idi ki, kamillik zirvəsinə ucalmışdı. Allah peyğəmbərə xitabən buyurur: “ Səndən sonra Həzrəti Əlinin(ə) kamillik zirvəsinə çatan ən düzgün insan olduğunu camaata bəyan et”. İmamın şəxsiyyətində nəzər saldıqda insaniyyətə və insanlığa məxsus bütün kamal xüsusiyyətini görmək mümkün olub. Bütün alimlər bəyan edirlər: “Hər kəsdən öncə İslamı qəbul edib, iman gətirən şəxsiyyət İmam Əli(ə) olub. Bir an belə bütlərə sitayiş etməyib və Allaha şərik qoşmayıb”. Elm səhnəsinə daxil olduqda da, Həzrəti Əlinin (ə) şəxsiyyəti burada özünü biruzə verir. Bütün elm adamları bəyan edirlər: “Öz zəmanəsinin ən üstün və ən bilikli şəxsiyyəti imam Əli (ə) olub. Şücaətdə də bütün səhabələrdən öndə gedəni İmam Əli (ə) olub. İmam Əlinin (ə) Allaha təvazökarcasına etdiyi bəndəçilikdən başqa bir ibadət təsəvvür etmək mümkün deyil. Elə bir şəxsiyyət olmayıb ki, Allah Peyğəmbərdən sonra, onu canişin təyin etsin. Bu böyüklük İmam Əlinin (ə) etdiyi ibadət, itaət və göstərdiyi şücaət sayəsində yalnız ona həvalə olunub.

 

Çıxışının yekununda Hacı İlham Əliyev həbsdə olan ruhanilərin, inanclıların da tezliklə azadlığa çıxmasını və belə tədbirlərin onların iştirakı ilə keçirilməsini Allahdan arzu edib.

 

Ardınca bayram tədbirində çıxış üçün söz AİP funksioneri Hacı Akif Heydərliyə verilib. O, da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibəti ilə təbrik edib: “Qədir Xum İslam tarixində yenilməz, unudulmaz bir səhifədir. Həzrəti Peyğəmbər bir daha sübut etdi ki, onun ömrü sona çatsa da, bəşəriyyətin xilası olan İslamın sonu yetişməyib. İslamın bəşəriyyəti xilas etməsi üçün yeni səhifə açdı. Bu səhifə Allahın vəhyi ilə Həzrəti Peyğəmbərə və onun vasitəsi ilə İslam cəmiyyətinə çatdırıldı”.

 

Akif Heydərli bildirib ki, “Qədir Xum” özlüyündə siyasi, fəlsəfi və elmi dəyər daşıyan bir hadisədir. Bu hadisənin 1400 il təkzibində duran qüvvələr olub, bu gün də mövcuddur. Peyğəmbərin əmanət qoyduğu Qurana və Əhli-Beytə(ə) xəyanət olub və bu gün də davam etməkdədir. Lakin sevindirici hal odur ki, bu əmanəti qoruyan və ona sadiq olan insanlar var və onlardan biri də AİP sədri, ilahiyyatçı alim Doktor Mövsüm Səmədovdur”.

 

AİP funksioneri qeyd edib ki, Hacı Mövsüm Səmədov təkcə baş verən neqativlikləri şərh etməklə sözünü bitmiş hesab etmədi. Eyni zamanda onun köklü səbəblərini ortaya qoydu və ona görə də, 12 il həbs cəzası aldı.


Elmi konfransda söz alan ilahiyyatçı alim Hacı Əfqan Muradov da öz növbəsində bayram münasibəti ilə müsəlmanlara təbrik ərz edib. Tarixdə baş verən mühüm hadisələri təkrarlamağın vacibliyinə diqqət çəkib. Hacı Əfqan Muradov bildirib ki, İslam Peyğəmbəri öz ölümünü öncədən bilirdi və bunu camaata bəyan etmək üçün onları toplamışdı: “Peyğəmbər insanlara xitabən, bu günə kimi onlara necə peyğəmbərlik etdiyini soruşdu. İnsanlar da Həzrəti peyğəmbərdən(s) razı qaldıqlarını vurğuladılar. Bu zaman Peyğəmbər buyurdu: “Mən bu günə kimi kimin mövlası olmuşamsa, Əli də onun mövlasıdır”.

İlahiyyatçı alim “Qədir Xumu” İslamın ən böyük hadisəsi kimi xarakterizə edib: “Heç bir İslam hadisəsində 90-100 min insan toplaşmayıb və bütün ölkələrin iştirakı olmayıb”. Bu cür hadisələrin insanların yadından çıxmaması və unudulmaması üçün tez-tez xatırladılmasının vacibliyini qeyd edən Hacı Əfqan Muradov, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

 

 

Sonra çıxış üçün söz ilahiyyatçı-filosof DEVAMM sədri İlqar İbrahimoğluna verilib. İlahiyyatçı alim çıxışı zamanı tədbir təşkilatçılarına öz təşəkkürünü bildirərək müqəddəs gün münasibəti ilə bütün müsəlmanlara təbrik ərz edib:

 

Qədir-Xum hadisəsinin islam tarixi üçün böyük və mühüm bir hadisə olduğunu söyləyən İlqar İbrahimoğlu bildirib ki, İmam Əlinin(ə)-ın vilayətinin elan edilməsi islam üçün taleyüklü bir məsələdir. Əziz islam peyğəmbərinin dininin kamil olması məhz Həzrət Əli (ə)-ın vilayəti ilə baş tutdu. Tarixən kimlər Əli(ə)-ın vilayətindən, eşqindən və məhəbbətindən ayrı düşüblər, onların vəziyyəti çox acınacaqlı olub. Vilayətdən ayrı düşməyin nəticəsidir ki, vəhhabi kimi cərəyanlar meydana gəlib.

 

 

Tədbirdə çıxış edən ilahiyyatçı alim Hacı Əli Behişti də “Qədir Xum” bayramı haqqında fikirlərini söyləyib. İmam Əlinin ( ə) məqamından və şəxsiyyətindən söz açan ilahiyyatçı alim, Həzrətin insanları təqvaya dəvət etdiyinə diqqət çəkib. 1400 il əvvəl bəşəriyyətə zülm edib belə bir şəxsiyyəti xilafətdən kənar qoyanların aqibətinin hər kəsə məlum olduğunu deyən Hacı Əli Behişti, dünyadakı ədalətsizliklərin kökündə məhz nəfsin dayandığını vurğulayıb.

 

Elmi Konfransda söz alan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də öz növbəsində “Qədir Xum”bayramı münasibəti ilə müsəlmanları təbrik edib. Bu günün Quranda təsdiqini tapan az sayda hadisələrdən olduğuna diqqət çəkib. Cəmiyyətdə bəşəri ədalətin bərqərar olunması üçün “Qədir Xum” hadisəsinin dəyərinin bilinməsinin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra çıxış üçün söz AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verilib.

 

 

Növrəstə xanım çıxışı zamanı bildirib ki, Həzrət Əlinin(ə) şəxsiyyəti və sahib olduğu siyasət müasir zamanın mövcud qüdrətindən və gücündən üstün idi. Həmin siyasətin dostlara qələbə, düşmənləri isə məğlubiyyətə düçar etdiyini söyləyən Növrəstə xanım, bunları söyləyib:

 

 

Hazırda hicab xanımlar öz çadraları və örpəkləri ilə Həzrəti Zəhranın(s.ə) yolunu qoruyaraq və ona olan sədaqətlərini nümayiş etdirirlər. Tarixən xanımların ictimai-siyasi proseslərdəki rolu olduqca mühüm və əhəmiyyətli olub. Kişilər cəbhənin daima önündə olsalar da, qadınların da bu proseslərdə kifayət qədər əvəzedilməz rolları olub. Bu baxımdan hazırkı xanımlar da öz vəzifələrini doğru-dürüst müəyyən edərək ilahi dəyərlərin qorunmasında əllərin gələni əsirgəməməlidirlər. 

Tədbir Əhli-Beyt məddahlarının çıxışları ilə yekunlaşıb.(İslaminSesi )

 

 
AİP Qədir-Xum günü ilə bağlı bayram tədbiri keçirir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AİP Qədir-Xum günü ilə bağlı bayram tədbiri keçirib - FOTOLAR
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap